PDF Oxu

Sosial

  • 13

Azərbaycanın tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mayın 2-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz Emalı Zavodunda ulu öndər Heydər Əliyevin 88-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları, ilk öncə, zavodda ucaldılmış ulu öndərin abidəsini ziyarət edib, tər çiçəklər düzdülər. Tədbir ulu öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra davam etdirildi. Tədbirdə YAP Siyasi Şurasının üzvləri Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edirdi.
Mərasimi giriş sözü ilə açan Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayev qonaqları salamlayaraq vurğuladı ki, ulu öndər Heydər Əliyevin xalqımız qarşısnda göstərdiyi xidmətlər barədə saatlarla, günlərlə, aylarla, illərlə danışmaq mümkündür. "Xalqımız 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdiyi ilk günlərdə ölkəmiz böyük tarixi snaqlarla üzləşdi. Belə şəraitdə 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev çox ağır, lakin şərəfli bir vəzifəni öhdəsinə götürərək xalqımızı, dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi. Bundan sonra ölkəmiz inkişaf yolunda addımlamağa başladı." A.Paşayev əlavə etdi ki, ulu öndər bununla da Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Müstəqilliyimizin qorunub saxlanılmasında, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasında müstəsna xidmətlər göstərdi. "Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanımızın inkişaf sükanı Heydər Əliyev siyasətinin davamçısı, uzaqgörən Prezidentimiz İlham Əliyevin əlindədir."
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov qeyd etdi ki, Azərbaycan xalqının Böyük Şəxsiyyəti, məhz sovetlər dönəmindən başlayaraq, ölkəmizdə bir çox infrastruktur sahələrinin inkişafına diqqət ayırmışdır. Məhz Onun diqqət və qayğısı nəticəsində neft və qaz emalı sənayelərinin yaradıldığını qeyd edən A.Hüseynov Azərbaycanın bugünkü uğurlarının əsasının o dövrlərdən qoyulduğunu bildirdi. Qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev öz uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmizin daxili və xarici uğurlarının təminatına imkan yaranmışdır: "Ulu öndərimiz Heydər Əliyev öz canından çox sevdiyi Azərbaycanı üçün əlindən gələn bütün işləri görmüşdür." YAP Qaradağ rayon taşkilatının sədri bu gün müstəqil və güclü Azərbaycan dövlətinin əldə etdiyi uğurların ulu öndərin müəyyənləşdirdiyi kursa əsaslandığını və bu uğurlu yolu Prezident İlham Əliyevin daha əzmlə davam etdirdiyini bildirdi. Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında inkişaf edib, böyük tərəqqi yoluna çıxıb. Eyni zamanda bu gün, yaşadığımız XXI əsrin özündə də ölkəmizin inkişafının əsasında Heydər Əliyevin ideyaları, onun zəngin irsi dayanır. Azərbaycan vətəndaşları bu həqiqəti etiraf edirlər ki, ölkənin tərəqqisi, inkişafı, dünya birliyində özünə layiqli yer tutması və möqelərini möhkəmləndirməsi Heydər Əliyevin adı ilə bağlıdır. Bugünkü Azərbaycan Heydər Əliyevin ən böyük şah əsəridir. Bu günün özündə də yaradılan tarix, inkişaf etdirilən Azərbaycan həqiqətdə Heydər Əliyev ideyalarının məhsuludur. Bu ideyalar Azərbaycan cəmiyyətini birləşdirən etibarlı baza rolunda çıxış edir. "Azərbaycanın xoşbəxtliyi ondadır ki, onun müasir tarixinin yaradıcısı da, gələcək tarixinin qurucusu da ümummilli lider Heydər Əliyevin ideyalarını həyata keçirən insanlar, ulu öndərin varisi Prezident İlham Əliyevdir. Düşünürəm ki, insanlar Azərbaycanı Heydər Əliyevsiz və onun ideyalarından kənar hiss etmirdilər" deyən V.Rəhimzadə vurğuladı ki, ulu öndər Heydər Əliyev ideyalarına söykənən Azərbaycan bu gün sürətlə inkişaf edir. Son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçməsi, dünyada iqtisadi artımın sürətinə görə liderliyi ələ alması Prezident İlham Əliyevin səyləri, eyni zamanda ulu öndər Heydər Əliyevin ideyalarına istinad etməsi ilə əlaqədardır.

Digər xəbərlər