PDF Oxu

Sosial

  • 8

Dövlət Qulluğuna qəbul qaydalarında dəyişiklilər oldu

Dövlət Qulluğuna qəbul qaydalarında dəyişiklilər oldu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) sədrinin 2011-ci il 26 aprel tarixli 107 nömrəli əmri ilə komissiyanın qəbul etdiyi bəzi normativ-hüquqi aktlara "Dövlət qulluğu haqqında" Qanuna və "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına edilən dəyişikliyə uyğun olaraq müvafiq əlavə və dəyişikliklər edilib. DQMK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları"na edilmiş əlavəyə əsasən dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklərin yoxlanılması haqqında test blokuna Azərbaycan Respublikasının dövlət dili üzrə bilikləri yoxlayan test tapşırıqlarının daxil edilməsi nəzərdə tutulub. Eyni qaydalara edilmiş əlavəyə əsasən dövlət dili üzrə bilikləri yoxlayan test tapşırıqları Azərbaycan dili üzrə bilikləri müəyyən etmək üçün hazırlanır. "Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları"na edilmiş əlavəyə əsasən dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklərin yoxlanılması üçün 15 test tapşırığından ibarət test blokuna Azərbaycan dili üzrə test tapşırıqlarının daxil edilməsi nəzərdə tutulub. Eyni qaydalara edilmiş dəyişikliyə əsasən məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün müəyyən olunan minimum keçid balı ləğv edilib. "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına edilən dəyişikliyə uyğun olaraq qeyd olunan Qaydalarda inzibati vəzifələrin 6-7-cı təsnifatlarına uyğun olan vəzifələr üzrə keçid balı 75 bal müəyyən olunub.

Digər xəbərlər