PDF Oxu

Sosial

  • 5

Jurnalistlərin siyasiləşməsi yolverilməzdir

Jurnalistlərin siyasiləşməsi yolverilməzdir
- Elçin müəllim, mətbuata göstərilən dövlət qayğısını ümumilikdə qənaətbəxş hesab etmək olarmı?
- Əlbəttə, dövlət tərəfindən mətbuata göstərilən diqqət və qayğını qənaətbəxş hesab etmək olar. Xüsusilə son illərdə dövlət tərəfindən mətbuatın daha yaxşı inkişaf etməsi üçün kifayət qədər çox ciddi addımlar atılır.
- Bəzi jurnalistlərin peşə-davranış qaydalarına riayət etməmələrini jurnalistlərə başucalığı gətirməyən hal kimi qiymətləndirmək olarmı?
- Bəli, bu problem ölkə mətbuatında uzun illərdir ki, var. Həmin problemin kökündə də bir neçə amil dayanır. Bu amillər ayrı-ayrı siyasi qüvvələrin nəzarəti altında olan mətbuat orqanlarının obyektiv informasiya yaymaq niyyətinin olmaması və yaxud da siyasi maraqları üçün peşə etikasına uyğun gəlməyən yazıların sifariş verilməsi və icra olunmasındadır. İkinci isə sırf peşəkarlıqla bağlı olan məsələ mediada, hələ ki, problem olaraq qalmasıdır. Yəni mətbuatda çalışan insanların böyük əksəriyyəti obyektiv təhlil ilə aqressiv yanaşmanı səhv salırlar. Eyni zamanda, bildiyiniz kimi, Azərbaycanda heç bir dövlətdə olmayan yeni bir termin formalaşıb ki, bu da reket jurnalistika ilə bağlıdır. Təbii ki, mətbuatdan öz maraqları üçün istifadə edən, şantaj və təhdid yolu tutaraq vəsait qazanmaq istəyən, media adını iddia edən qurumların da fəaliyyətini bura əlavə etsək, mənzərə açıq şəkildə ortaya çıxır. Ümumiyyətlə, bu istiqamətdə həmin problemlərin qarşısının alınması üçün ciddi addımlar atılır. Ümid edirəm ki, həmin istiqamətdə, atılan bu addımlar da öz nəticələrini verəcək.
- Jurnalistlərin siyasi proseslərdə iştirak etmələri onların peşə-davranış qaydalarını pozmaları demək deyilmi?
- Ümumiyyətlə, jurnalistin missiyasi baş verən hadisəni obyektiv şəkildə işıqlandırmaqdan ibarətdir. Yəni jurnalist tərəf kimi çıxış etməməlidir. Əgər jurnalist hər hansı tərəf kimi çıxış edərək, öz fikirləri ilə bu və ya digər məsələlərlə bağlı konkret olaraq çağırışlar edirsə, o, artıq jurnalist yox, siyasətçidir. Əgər söhbət bu gün Azərbaycanda fəaliyyət göstərən bir neçə mətbuat orqanından gedirsə, demək olar ki, həmin mətbuat orqanları jurnalistlik fəaliyyətilə məşğul olmurlar. Yəni onların iş fəaliyyəti sırf siyasi fəaliyyətdən ibarətdir. Burada ayrı-ayrı siyasi qüvvələrin, xüsusilə də, barışmaz mövqe sərgiləyən qüvvələrin, faktiki olaraq, siyasətini həyata keçirirlər və bu siyasətin təbliği üçün də bütün addımları atırlar. Ona görə də, onların iş fəaliyyəti bilavasitə siyasi fəaliyyət kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, onların jurnalistika və media adına iddia etmələri gülüş doğurur.

Digər xəbərlər