"Artıq dövlət imtahanlarının və buraxılış işlərinin ləğvi ilə bağlı tələbələri maraqlandıran bütün narahatçılıqlar aradan qaldırılıb"
Bir neçə gün öncə IV kurs tələbələrinin dövlət imtahanlarının və buraxılış işlərinin ləğvi ictimaiyyət arasında böyük səs-küyə səbəb olub. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov deyib. O bildirib ki, bu, məntiqli və dünya təcrübəsinə əsaslanan bir addımdır. Onun sözlərinə görə, ölkənin təhsil sistemində ilk addım olan imtahanların ləğvi ilə tədris sisteminin daha da təkmilləşdirilməsinə nail olunacaq: "Artıq imtahanların ləğvi iə bağlı tələbələri maraqlandıran bütün narahatçılıqlar aradan qaldırılıb. Burada hətta tələbələrin ali məktəbi fərqlənmə və ya adi diplomala bitirməsi öz əksini tapıb".
S.Seyidov elmin inkişafı üçün səylərin artırılmasının vacibliyini dilə gətirib: "Elm heç bir zaman qocalmır, hər zaman mübarizdir. Bu aləmə addım atandan sonra heç kim elmdən əl çəkmək istəmir. Elm insanın daxili aləmini gözəlləşdirir. ADU-da elmli tələbələri görürüksə, savadlı və işıqlı gələcəyi olan gəncliyi görürük". Dövlət imtahanı və buraxılış işlərinin ləğvi ilə əlaqədar Təhsil Nazirliyinə edilən müraciətlərə müsbət cavab verildiyini deyən S.Seyidov ilk olaraq ADU-da gerçəkləşən bu addımın tələbələrə xeyirli olacağını digər ali məktəblərə də göstərmək fikrində olduqlarını söyləyib.