PDF Oxu

Sosial

  • 10

“Respublikamızdan gedən miqrantların 83 faizi Rusiyadadır"

“Respublikamızdan gedən miqrantların 83 faizi Rusiyadadır"
Respublikamızdan gedən miqrantların əksəriyyəti, yəni 83 faizi Rusiyaya yerləşib. 5 faizi Ukraynaya, qalanları Qazaxıstan, Belarus, Gürcüstan və başqa ölkələrə üz tutanlardır. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, digər ölkələrə üz tutmuş vətəndaşlarımız xüsusilə xidmət, ticarət və tikinti sahələrində çalışırlar. Eyni zamanda bunu nəzərə alan AHİK azərbaycanlı miqrantların çoxluq təşkil etdiyi ölkələrin həmkarlar ittifaqları nümayəndələri ilə görüşlərdə onların əmək və sosial hüquqlarının qorunmasının təmin olunması barədə razılıq əldə etməyə çalışır, onun həyata keçirilməsini ciddi nəzarətə götürür. Ölkəmizdə bu gün miqrasiya probleminin ciddi şəkildə nəzarətdə saxlandığını deyən S.Mehbalıyev vurğulayıb ki, Azərbaycanda yaşayan xarici vətəndaşların 25 faizi əməkçi miqrantlardır: "Bu baxımdan respublika hökuməti xarici işçi miqrantların cəlb olunması üzrə kvotaları yenidən nəzərdən keçirib. Ötən il 10700 nəfərədək miqrant üçün kvota müəyyənləşdirilib. Cari ildə isə yerli əmək bazarını müdafıə etmək məqsədilə həmin rəqəm 9815-ə endirildi. Bu məqsədlə yanvarın 1-nə Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin miqrasiya idarəsi 8708 nəfər xarici ölkə vətəndaşına əmək miqrasiyası üçün fərdi icazə təqdim edib. Dövlət Sosial Müdafıə Fondunun göstəricilərinə görə ötən il üzrə sosial sığorta ödəyənlərin fərdi uçotunda duran xarici vətəndaşların sayı 28 faiz artıb, cari il yanvarın 1-nə olan məlumata görə 10,2 min nəfərə çatıbdır. ki, bu da dünyanın 92 ölkəsini (Türkiyə, Gürcüstan, Rusiya, İran, Hindistan, Çin, Böyük Britaniya və Şimali İrlandiya, Ukrayna, Pakistan, Malayziya, Almaniya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, ABŞ və digər ölkələr) əhatə edir"

Digər xəbərlər