PDF Oxu

Sosial

  • 6

"Müasir Azərbaycan Heydər Əliyev ideyaları işığında"

"Müasir Azərbaycan Heydər Əliyev ideyaları işığında"
Dünən Bakı Slavyan Universitetində Azərbaycanda ilk dəfə olaraq respublikanın elmi-mədəni həyatına töhfə verə biləcək möhtəşəm layihəyə imza atılıb. BSU-da Ümummilii Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Humanitar elmlərin aktual problemləri" mövzusunda magistrantların I Beynəlxalq Elmi Konfransı keçirilib.
Magistrantlar konfransın açılış mərasimindən əvvəl Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Konfransda Türkiyə, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Çin, Cənubi Koreya kimi xarici ölkələrdən, Azərbaycan Respublikasının isə müxtəlif universitetlərindən, o cümlədən, Bakı Dövlər Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəliimlər İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sumqayıt, Naxçıvan, Lənkəran, Gəncə Dövlət Universitetləri, Azərbaycan Diplomatiya Akademiyası və Bakı Aviasiya Akademiyasından magistrantlar 112 elmi məruzə ilə çıxış edirlər. Konfrans öz işini "Dilçilik", "Ədəbiyyatşünaslıq", "Pedaqogika, psixologiya və metodika" və "İctimai elmlər" bölmələrində davam etdirir.
Konfransın plenar iclasını giriş sözü ilə BSU-nun tədris işləri üzrə prorektoru, professor Asif Hacıyev açaraq, gələn qonaqları salamladı və tədbir haqqında məlumat verdi. Konfransın mədəniyyətlərin və elmin inteqrasiyası yolunda əhəmiyyətli addım olduğunu bildirdi: "Ümummilli Lider Heydər Əliyevi öyrənməyin, təbliğ etməyin bir amalı vardır. O da, bundan ibarətdir ki, hər bir gəncimiz, hər bir yeni yetişən nəslin nümayəndəsi öz fəaliyyətində, öz əqidəsində, öz gələcək işlərində Ulu Öndərin ideyalarına layiq olsun, dövlətimiz üçün layiqli vətəndaş kimi formalaşsın, Azərbaycanın gələcəyi üçün var gücü ilə çalışsın".
Universitetin tədbirlər planına uyğun olaraq 4-7 may tarixlərində BSU-nun təşkilatçılığı və Gəncə Dövlət Universitetinin iştirakı ilə Ümummilli Lider H.Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş ənənəvi "Azərbaycanşünaslığın aktual problemləri" II Beynəlxalq Elmi Konfransı, BSU tələbələrinin, universitetin əməkdaşlıq etdiyi orta məktəblər və qaçqın məktəblərin şagirdlərinin iştirakı ilə "Müasir Azərbaycan Heydər Əliyev ideyaları işığında" tələbə-şagird elmi konfransı, universitet fakültələrində "Heydər Əliyev görkəmli siyasi və ictimai xadim kimi", Universitet muzeyində Məktəb-Lisey Kompleksinin buraxılış sinif şagirdlərinin və valideynlərin iştirakı ilə "Heydər Əliyev Bakı Slavyan Universitetinin yaradıcısıdır" və s. tədbirlərin nəzərdə tutulub. Bundan əlavə, İsmayıllı rayonunun H.Əliyev adına İvanovka kənd orta məktəbində "Heydər Əliyev və Azərbaycan" mövzusunda tələbə və şagirdlərin bilik yarışı, universitet fakültələrində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda inşa və ifadəli oxu müsabiqələri, YAP namizədləri olan tələbələrin və Məktəb-Lisey Kompleksi şagirdlərinin Milli Təhlükəsizlik Akademiyasının Heydər Əliyev adına "Şöhrət Muzeyi"nə ekskursiyasının təşkili də planlaşdırılıb. "Tələbə dünyası" qəzetinin xüsusi buraxılışının nəşri, "Heydər Əliyev məktəbi" Tələbə Radiostudiyasında Ulu Öndərə həsr olunmuş silsilə verilişlərin hazırlanması, divar qəzetlərinin buraxılışı, universitetdaxili idman yarışlarının keçirilməsi də tədbirlər planına daxildir. BSU-da fəaliyyət göstərən Türkiyə, Rusiya, Bolqarıstan, Belarus, Ukrayna, Çexiya, Polşa, Yunanıstan və digər tədris və mədəniyyət mərkəzlərində Heydər Əliyevlə bağlı silsilə tədbirlərin, görüşlərin, dəyirmi masaların təşkil olunması və filmlərin nümayişi də nəzərdə tutulub.

Digər xəbərlər