PDF Oxu

Sosial

  • 18

Ermənilər kütləvi şəkildə ölkəni tərk edirlər, çünki...

Ermənilər kütləvi şəkildə ölkəni tərk edirlər, çünki...
Keçirdiyi görüşlərdə, iştirakçısı olduğu toplantılarda riyakarcasına Azərbaycan torpaqlarının işğal edilməsinə haqq qazandırmağa çalışan Sarkisyan boş-boş bəyanatlar verməkdəndə çəkinməyib. Amma apardığı bu cür yaramaz siyasət nəticə etibarı ilə onun özünün əleyhinə işləyib. Ermənistan kimi təcavüzkar bir dövlətdə xaos, anarxiya və rüşvətxorluğun özünün ən pik nöqtəsinə çatmasında S.Sarkisyanın böyük "zəhməti"nin bəhrəsi olub. Ümumiyyətlə, işğalçı ölkədə heç bir sahədə irəliləyiş, artım müşahidə edilməyib. Bu da təbiidir. Çünki seçkilərin belə normal şəraitdə keçirilmədiyi ölkədə hansı demokratiyadan, ədalətdən danışmaq olar? Serj Sarkisyan 2008-ci ildə dövlət çevrilişi nəticəsində, hakimiyyətə gəldi. Ermənilərin demokratiya, hüquqi dövlət quruculuğu sahəsi ilə bağlı anlayışları ümumiyyətlə yoxdur. Millət vəkili Fəzail Ağamalı da işğalçı dövlət olan Ermənistanda sosial-iqtisadi vəziyyətin ağır olduğunu bildirdi: "Hər bir dövlətin bugünkü real vəziyyəti onun sabahının qarantıdır. Ermənistanın isə, bugünkü durumuna, gərgin vəziyyətinə baxsaq, onun sabahından necə danışmaq olar? Ermənistanın bugünkü, durumu yalnız dağılmış iqtisadiyyatdan, zəif ordudan, ölkə daxili özbaşınalıqdan, xarici siyasətin uğursuzluğundan, Rusiyadan asılılıqdan, narkotik alverindən, rüşvətxorluqdan, korrupsiyadan ibarətdir. Bu isə, təbii ki, ölkənin çökməsi deməkdir. Belə bir ölkənin hansı sabahı və gələcəyi ola bilər. Ona görə də, ölkəsində qayda-qanun yaratmağı bacarmayan bir "prezident"dən hansı konstruktiv mövqe gözləmək olar? Millət vəkili təkcə bu il Ermənistan əhalisinin yarıdan çoxunun ölkəni tərk etdiyini qeyd etdi: "Demoqrafik vəziyyət, demək olar ki, özünün ən pik həddinə çatıb. Erməni ailələri artıq bir uşaqla kifayətlənirlər. Statistikaya görə, təkcə 2010-cu ildə Ermənistanı 70 min ailə tərk edib. Təbii ki, bunu əsas səbəbi ölkədəki gərgin vəziyyət, işsizlik, özbaşınalıq, intiharların sayının çoxalmasıdır. Demək olar ki, Ermənistanda son zamanlar, ümumiyyətlə, gənc nəsildən heç bir əsər-əlamət qalmayıb. Çox çətin ki, Ermənistan belə bir vəziyyətdən tezliklə çıxa bilsin". Millət vəkili bütün bu proseslərin ermənilərə, hətta psixoloji cəhətdən də çox böyük təsir etdiyini söylədi və əlavə etdi ki, insanlar çarəni ya özlərinə intihar etməkdə, ya da ölkəni tərk etməkdə görürlər. Vəziyyətin bu dərəcədə kritik xarakter alması və gərginləşməsi hər bir erməni vətəndaşına olduqca pis təsir edir. O səbəbdən də, ölkələrini de-fakto tərk edirlər. Bugünkü Ermənistan reallığı budur. Sarkisyan hər gün simasını dəyişməklə, növbənöv cildə girməklə, yalan, böhtan, şər danışmaqla, düşünür ki, nəyəsə nail olacaq. Əslində isə, Sarkisyan özü də yaxşı anlayır ki, bu yolla heç nəyə nail olmayacaq, əksinə, itirəcək. Ümumiyyətlə, ermənilərin nə Dağlıq Qarabağ məsələsində, nə də daxildə gedən proseslərdə uğurları oldu. Məqsədləri qətiyyən ölkənin inkişafı deyil, hansısa şəxsi maraqları və ambisiyalarıdır.

Digər xəbərlər