PDF Oxu

Sosial

  • 382

Qərbi Azərbaycan - tarixi irsimizin izləri - FOTO

image

Yardımlı Rayon İcra Hakimiyyətində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Yardımlı Rayon Heydər Əliyev Mərkəzi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı sayəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qərbi Azərbaycan - tarixi irsimizin izləri” adlı görüş təşkil olunub.
Fəal gənclərin və təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə çıxışlar zamanı Qərbi Azərbaycan tarixən azərbaycanlıların sıx şəkildə yaşadığı və zəngin mədəni irs qoyduğu qədim oğuz-türk torpağı olduğu deyilib, indiki Ermənistan ərazisini əhatə edən bu regionda tariximizin izləri maddi-mədəniyyət abidələri, yer adları (toponimlər) və böyük dövlətçilik ənənələri ilə sıx bağlı olması barədə ətraflı söhbət açılıb.
Natiqlər, həmçinin onu da bildiriblər ki, son əsrlərdə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasətinə baxmayaraq, bu izlər tariximizin silinməz səhifələridir.
Daha sonra müxtəlif dövrlərdə inşa edilən memarlıq nümunələrinin şəkilləri nümayiş olunaraq barələrində gənclərə dolğun məlumat verilib, bu memarlıq abidələrinin gənclərə tanıdılması istiqamətdə ölkəmizdə keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər