PDF Oxu

Sosial

  • 18

"İRƏLİ" "Avtosfera" layihəsini təqdim edir

"İRƏLİ" "Avtosfera" layihəsini təqdim edir
"İRƏLİ" İctimai Birliyinin Hüquq Mərkəzi "Avtosfera" layihəsinə start verib. Birliyin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi xəbərə görə, layihənin məqsədi gəncləri yol hərəkət qaydaları haqqında məlumatlandırmaq, sürücülük vəsiqəsi almaq istəyən gənclərə stimul vermək, yol hərəkəti mədəniyyətinin səviyyəsini yüksəltməkdir. Layihənin partnyorları "Avtomobilçi" Cəmiyyəti, "1News" İnformasiya Agentliyi, "Avtomobil.az" sayt və jurnalı və "İRadio"dur. Treninqlər və sürücülük təlimləri formasında icra olunacaq layihədə iştirakçı sayı 80 nəfər olacaqdır. Hər bir iştirakçı həftədə 2 dəfə olmaqla treninqlərdə iştirak edəcəkdir və layihə 2 ay müddətində davam edəcəkdir. Təlimlərin sonunda iştirakçılar partnyorlar tərəfindən sertifikatlarla təltif ediləcəklər. Layihənin açılış mərasimi 20 aprel 2011-ci il tarixində, saat 11:30-da "İRƏLİ" Gənclik Mərkəzinin Şuşa zalında baş tutacaqdır. Tədbirdə layihəyə seçilmiş iştirakçılar, Avtomobilçi Cəmiyyətinin, UZ-Daewoo - Azerbaijanın, Avtomobil.az saytının və DYP Ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı iştirak edəcəkdir.

Digər xəbərlər