PDF Oxu

Sosial

  • 14

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş media nümayəndələri arasında ənənəvi voleybol turnirinin püşkatma mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş media nümayəndələri arasında ənənəvi voleybol turnirinin püşkatma mərasimi keçirilib

Dünən "Səs", "Yeni Azərbaycan" və "İki Sahil" qəzetlərinin təşkilatçılığı ilə keçirilən müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş media nümayəndələrindən ibarət komandalar arasında ənənəvi voleybol turnirinin püşkatma mərasimi keçirilib. Siaport.az saytı xəbər verir ki, mərasimdə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov, "Azərfon" MMC-nin nümayəndəsi və media qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbiri açan "İki Sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə yarış haqqında məlumat verdikdən sonra, ulu öndər Heydər Əliyevin Azərbaycan idmanına göstərdiyi qayğıdan danışıb. O, bu turnirin məqsədinin ulu öndər Heydər Əliyevin irsinin təbliğ olunması, voleybol idman növünün kütləviləşməsi olduğunu bildirib. Baş redaktor iştirakçılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru H.Babaoğlu yarışın ənənəvi olaraq keçirildiyini, medianın bu yarışa böyük maraq göstərdiyini qeyd edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanın inkişafında xidmətlərindən danışaraq, bu yarışın ulu öndərin xatirəsinə ehtiram olduğunu vurğulayıb.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə ümummilli lider Heydər Əliyevin Azərbaycan mediasına qayğısından söz açıb. O, ulu öndər Heydər Əliyevin hər sahəyə olduğu kimi, idmana və mediaya da xüsusi qayğı göstərdiyini, böyük uğurlara yol açdığını qeyd edib. Baş redaktor ulu öndərin xatirəsinə həsr olunmuş turnirdə iştirak etməyin şərəfli olduğunu vurğulayıb. O, yarış iştirakçılarına uğurlar arzulayaraq, güclü olanın qələbə qazanmasını diləyib. B.Quliyev yarışın təşkilati dəstəyinə görə "Azərfon" MMC-nin rəhbərliyinə, Azərbaycan Voleybol Federasiyasına minnətdarlığını bildirib.
Daha sonra isə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yarışın qaydaları haqqında məlumat verib. O, turnirin Azərbaycan Pedaqoji Universitetinin idman zalında keçiriləcəyini deyərək, yarışda media nümayəndəsi olmayanların iştirakının qəti qadağan olduğunu bildirib.
Tədbirdə qeyd olunub ki, yarışda 16 komanda 4 qrupda mübarizə aparacaq. Turnirin təşkilatçıları qruplarda birinci, ötən il keçirilən analoji yarışda 1/4 finalda məğlub olmuş heyətlər ikinci, debütantlar sonuncu, digərləri isə üçüncü komandalar olublar. Yarışın qalibinə 1500 (min beş yüz) AZN, ikinci yerin sahibinə 1000 (min), üçüncü yerdə qərarlaşacaq komandaya isə 600 (altı yüz) AZN pul mükafatı təqdim olunacaq.
Yarış haqqında məlumatlar verildikdən sonra püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrini nəzərinizə çatdırırıq.

A qrupu
1. "İki Sahil" qəzeti
2. AzərTAc
3."Bakı Xəbər" qəzeti
4. "Paritet"

B qrupu
1. "Yeni Azərbaycan" qəzeti
2. "Xalq cəbhəsi" qəzeti
3. "Xalq" qəzeti
4. Lider TV

C qrupu
1. "Səs" İnformasiya Agentliyi (SİA)
2. İTV
3. "Kaspi" qəzeti
4. ATV

D Qrupu
1. "Səs" qəzeti
2. "Mövqe" qəzeti
3. "Azərbaycan müəllimi" qəzeti
4. "Palitra" qəzeti
A1-D2
A2-D1
B1-C2
B2-C1

Qeyd edək ki, yarışın təqvimini təşkilatçılar tezliklə bildirəcəklər.

Digər xəbərlər