Azərbaycanın möhkəmlənmiş müstəqilliyinə xələl gətirən hallar yolverilməzdir
Son vaxtlar radikal müxalifət təmsilçiləri dağıdıcı, pozucu, hərəkətlərə yol verir, insanların istirahət və fundamental hüquqlarını pozur, ictimai iaşə obyektlərinə, sahibkarlara zərər vuraraq, onların dükan və mağazalarının şüşələrini sındırır. İnsanlar arasında pozuculuq yaradacaq bəyanatlar səsləndirirlər. Bütün bunlar isə cəmiyyətin gözü önündə baş verir. Ona görə də, geniş ictimaiyyət, millət vəkilləri, cəmiyyətin aparıcı siyasi təşkilatlarının nümayəndələri bu cür pozucu prosesləri qətiyyətlə pisləyirlər.
- Ümumiiyətlə, müstəqil dövlətdə mitinq keçirməyi tənzimləyən qayda-qanun vardır. Son vaxtlar, xüsusən də, aprelin 2-də müxalifətin keçirdiyi mitinq sivil, demokratik cəmiyyətin prinsiplərinə uyğun deyildir. Düyanın heç bir yerində o cür mitinq keçirilməsi hallarına rast gəlinməyib. Ona görə də, bu cür təxribatları mitinq adlandırmaq olmaz. Müxalifət tərəfindən həyata keçirilən bu cür işlər dağıdıcı bir prosesdir. Azərbaycanın bu gün qurulmuş möhkəmlənmiş müstəqilliyinə xələl gətirməyə xidmət edən belə hallar yolverilməzdir. Dağıdıcı proseslər isə 1990-cı illərin əvvələrində yaşanıb. Ölkəmiz bu prosesləri 20 il bundan əvvəl keçib. Müxalifət isə 20 il bundan əvvəlki səviyyədə fəaliyyət göstərir. Bu da, o deməkdir ki, Azərbaycan müxalifəti 20 ildə heç bir inkişaf yolu keçməyib. Azərbaycanı isə, onlar, yəni radikal müxalifət 20 il geriyə qaytarmaq istəyir. Ölkəmiz isə Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyev idealları işığında hər gün inkişaf edir. Azərbaycan bu gün nəinki Cənubi Qafqazda, eyni zamanda, dünya ölkələri ilə müqayisədə öz inkişaf tempinə görə, ən qabaqcıl ölkələrdən biridir. Ona görə, xalqımız və ictimaiyyətin geniş təbəqələri cəmiyyətin bütün nümayəndələri müxalifətin bu cür dağıdıcı mitinqini pisləyirlər. Bu baxımdan da, müxalifətin bu aksiyasını mitinq adına yaraşmayan, mitinq formatına uyğun gəlməyən, yalnız hakimiyyət hərisliyindən doğan dağıdıcılığa xidmət edən bir aksiya kimi qiymətləndirirəm. Çünki onların bu cür hərəkətləri demokratiya ilə heç bir əlaqəsi olmayan cinayət hadisələridir. Ona görə də, bu cür proseslər qanunla tənzimlənməlidir. Belə iğtişaşları törədənlər isə qanun qarşısında cavab verməlidir. Azərbaycanın dövlətinin indiki inkişaf səviyyəsi xaricdəki, eyni zamanda, müxalifət düşərgəsindəki şəxslərdə qısqanclıq hissləri yaradır. Məhz bu dağıdıcı prosesləri Azərbaycanın inkişafını istəməyən qüvvələrin, xaricdəki müəyyən qurumların maliyyə vəsaiti ilə dəstəklənən, xalqımızın, dövlətimizin maraqlarına xidmət etməyən qruplaşmaların pozuculuq hərəkətləridir. Bütün bunlar isə qətiyyətlə pislənilir. Haqlı olaraq da, proseslərin gedişini gec də olsa başa düşən insanlar Müsavat və AXCP (i)-dən istefa verirlər. Çünki onlar bu cür hərəkətlərin indki cəmiyyətin prinsiplərinə uyğun gəlmədiyini aydın şəkildə görürlər.
- Hər bir mitinqin, toplantının, yığıncağın məqsədi və məramı olmalıdır. Bu cür addımlar isə xoşməramlı və müəyyən prinsiplərə əsaslanmış formada olmalıdır. Çox təəssüflə, qeyd etməliyəm ki, aprelin 2-də keçirilən bu mitinqin heç bir məqsədi və mahiyyəti yox idi. Bunun bir məqsədi var idi ki, Azərbaycanda olan ictimai-siyasi sabitlik pozulsun, anarxiya və insanlar arasında çaşqınlıq yaransın. Müxalifətin bu cür niyyətlərinin arxasında isə xarici havadarlarının birmənalı şəkildə dayanması açıq şəkildə görünür. Azərbaycan daxilində mövcud olan dağıdıcı müxalifətin çirkin niyyətləri məhz ölkədəki normal vəziyyətin pozulmasına xidmət edir. Bir çox məsələləri süni şəkildə qabardaraq, müəyyən illüziyalara yol verən qüvvələrin isə cəmiyyətdən heç bir dəstək almaması müxalifətin iflası şərtləndirən amillərdəndir. Digər bir tərəfdən isə müxalifət təmsilçiləri özlərinin mitinq və aksiyalarını keçirmək üçün elə yerlər seçirlər ki, bu da təbii formada insanların haqlı narazalığına səbəb olur. Çünki onların aksiya keçirərək öz məqsədlərini reallaşdırmaq istədiyi ünvanlar insanların istirahət etdiyi, körpə uşaqların əyləndiyi yerlərdir. Bu da istənilən formada insanların istirahət hüquqları ilə yanaşı, digər fundamental haqlarının pozulması deməkdir.