PDF Oxu

Sosial

  • 16

Daşkəsənli gənclər hərbi xidmətə yola salındılar

Daşkəsənli gənclər hərbi xidmətə yola salındılar
Dünən Daşkəsən rayon Hərbi Komissarlığının həyətindən gənclərin təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 mart 2011-ci il tarixli Sərəncamı ilə ölkənin hər yerində olduğu kimi, Daşkəsəndə də gənclər ordu sıralarına getmək üçün çağırışa hazır vəziyyətdə hərbi komissarlığa gediblər .
Gənclərin təntənəli toplantısı açıq elan olunduqdan sonra, dövlət himni səsləndirilmiş, sonra gəncləri Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev təbrik etmişdir. Təbrik nitqində gənclərin ana vətənimizin çağırışına, əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycanımızın şərəfini qorumağa getdiklərini xatırladan Əhəd Abıyev daha sonra qeyd etdi ki, gənclər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hazır olaraq Hərbi Komissarlığa toplaşıblar: "Vətən hər birimizin anamızın anasıdır. Onun şərəfini qorumaq hər birimizin müqəddəs borcudur. Ulu babalarımız həmişə oğlu düşmən çəpəri, namus daşıyıcısı adlandırıb və onunla fəxr ediblər. İndi siz hər biriniz bu adın şərəfini, vətənimizin sərhədlərini qorumağa gedirsiniz. Bu gün siz dünyanın ən uca bayrağı - Azərbaycan bayrağının şərəfini, müqəddəsliyini qorumağa gedirsiniz. Dünyanın ən əzəmətli bayrağının ölkəmizdə dalğalanması bizim hər birimizin bayraq eşqinin, bayrağa sədaqətinin manifestidir. 162 metr hündürlüyündə olan bayrağımızın yerləşdiyi meydan Azərbaycan övladının hər birinin and yeri, müqəddəs məkanı, vətən məbədidir. Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir...Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü hər birimiz öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Siz Azərbaycan əsgəri olaraq hər birimizin şərəfi, şöhrətisiniz. Vətən sizə güvənir, sizə oğul deyir.Ana torpağın müdafiəsinə sağ gedin, salamat gəlin".
Belə bir məqamda AXCP (i) sədri Əli Kərimov kimi xəyanətkarların öz övladlarını əsgərlik xidmətindən yayındırdıqlarını deyən icra başçısı, eyni zamanda, onun öz ailəsinin, övladlarının tərbiyəsini taleyin ümidinə buraxdığını deyib: "Onlar və digərləri Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu zəhərləməyə, ölkədə xaos və hərc-mərclik yaratmağa çalışır. Bu faktın ətrafında hamınızı ciddi düşünməyə çağırıram".

Digər xəbərlər