PDF Oxu

Sosial

  • 14

9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi...

9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi...

9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi faciəsi Azərbaycan mətbuatı tərəfindən dünya KİV-lərinə yetərli qədər çatdırıla bilirmi? Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında Azərbaycan mətbuatının dünyanın aparıcı mətbu orqanları ilə əməkdaşlığı mümkündürmü? Bunun üçün nə etməli? Bu suallara aydınlıq gətirmək üçün qəzetlərin baş redaktorlarına müraciət etdik.

Natiq Məmmədli, "Kaspi" qəzetinin baş redaktoru:

- 9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı Azərbaycan mətbuatında kifayət qədər ətraflı yazılar dərc edilib. Ancaq bu, o demək deyil ki, beynəlxalq müstəvidə bu məsələ, Azərbaycanda olduğu kimi, geniş şəkildə şərh olunub. Təəssüflər olsun ki, biz bunu beynəlxalq miqyasa çıxara bilmədik. Bunun da bir sıra səbəbləri var. Bizim Azərbaycan qəzetlərinin internet saytları standartlara cavab vermədiyindən, gündəlik yenilənmədiyindən, həmin saytların tərtibatı müasir tələblərə cavab vermədiyinə, ən əsası da Azərbaycan dilində olduğuna görə, biz bu məsələni dünya ictimaiyyətinə kifayət qədər geniş şəkildə çatdıra bilmədik. Bizim mətbuatımızda ingilis və rus versiyaları olsaydı, onda bu məsələni kifayət qədər ictimailəşdirərək, dünyanın diqqət mərkəzinə çatdıra bilərdik.
Burada ayrı-ayrı qəzetlərin və informasiya agentliklərinin ikitərəfli müqavilələri və münasibətləri şəxsi müstəvidə tənzimlənən məsələ deyil. Bunun üçün ümumi bir strateji xətt olmalıdır ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılsın. Yəni, bu baxımdan, ölkədə fəaliyyət göstərən informasiya agentliklərinin üzərinə daha çox məsuliyyət düşür. Çünki fəaliyyət göstərən agentliklər ilkin mənbədən informasiyanı yayırlar. Yaxşı olardı ki, həmin o informasiyalar operativ şəkildə Azərbaycan dilində yayıldığı kimi, ən azından ingilis və rusdilli versiyalarında da operativ şəkildə yayımlansın və burada Azərbaycan həqiqətləri bütün dünyaya çatdırılsın. Bu istiqamətdə, nümunəvi bir agentlik kimi, "AzərTAc"-ın adını qeyd etmək istəyirəm. Bildiyiniz kimi, NATO müstəvisində "AzərTAc"-ın saytı ən yaxşı elektron versiya kimi qəbul olunub. Bir sözlə, "AzərTAc" informasiya agentliyinin çox mükəmməl saytı var. Müxtəlif dillərdə informasiyalar verir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında "AzərTAc"-ın rolu və saytının işi yüksək səviyyədədir. Digər agentliklər də işlərini bu standartlara uyğun qursalar, Azərbaycan həqiqətləri daha geniş şəkildə yayılar.

Tapdıq Abbas, "Paralel" qəzetinin baş redaktoru:

- İndiki məqamda Azərbaycan mətbuatında 9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi faciəsi çox önəmli yer tutur. Ancaq baş verən bu hadisənin gündəmdə saxlanılması məsələsinə gəlincə, onu deyə bilərəm ki, mətbuatımız bu faciəyə kifayət qədər yer ayırmayıb. Amma ümumiyyətlə, 9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi faciəsi, kifayət qədər beynəlxalq aləmdə səs-küyə səbəb olub və xarici mətbuatda geniş şəkildə işıqlandırılır.
Azərbaycan mətbuatı hələ beynəlxalq aparıcı mətbuatın tərkib hissəsinə çevrilə bilməyib. Dünya ölkələrinin internet saytlarında bizim jurnalistlərin qələminin imzası görünmür və yaxud da bizim qəzetlərmizdə gedən yazılar həmin internet saytlarında özünə yer tuta bilmir. Bu da onu göstərir ki, bizim media beynəlxalq aləmdə nüfuz və imkan qazana bilməyib. Ona görə də biz bu məsələni həll etməliyik. Ümumiyyətlə, ölkə daxilində öz vətəndaşlarımızı informasiya ilə təmin etmək, Azərbaycan mətbuatının qarşısına qoyulmuş vəzifələrin öhdəsindən gələ bilmirik. Yəni, biz mətbuat işçiləri, birinci növbədə, öz vətəndaşlarımızı informasiya ilə təmin etməklə yanaşı, eyni zamanda, beynəlxalq aləmə demokratik prinsiplər əsasında insan hüquqlarının qorunması istiqamətində faktlara istinad edən yazılar təqdim etməliyik. Bu yazıların içərisində də erməni faciəsinin, fəlakətinin, vandalizminin ən spesifik çalarlarını göstərməliyik. Həmin yazılarda beynəlxalq aləmə sübut etməliyik ki, həqiqətən də, ermənilər vandal, qaniçən və çox vəhşi bir millətdir. İnanıram ki, yaxın bir il ərzində Azərbaycan mediası beynəlxalq dünya mediasına qoşulacaq və bizim yazılarımızın səsi beynəlxalq aləmdən gələcək. Burada nəinki dostlarımızın, hətta düşmənlərimizin mövqeyini də həmin yazılar vasitəsilə beynəlxalq aləmə çatdıra biləcəyik.

Digər xəbərlər