PDF Oxu

Sosial

  • 497

Tələbə adını qazanan şəhid qızları - FOTO

image

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Vətən müharibəsi şəhidi Elvin Əfrail oğlu Əzizovun qızlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib.
Şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə təbrik edib onlara təhsil həyatında uğurlar arzulayan rayon rəhbəri bildirib ki, 44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərib ölməzliyə qovuşan şəhid övladlarının yüksək nəticələr göstərərək ali məktəblərə qəbul olunması həm ailələri, həm də onları tanıyanlar üçün qürur verici hadisədir. Gənclərin təhsilə və elmə göstərdiyi maraq Vətən şəhidlərin əziz xatirəsinə ən dəyərli ehtiram nümunəsidir.
Görüş zamanı şəhid ailəsinin qayğı və problemlərini öyrənən, onları narahat edən məsələlərinin həllinə toxunan icra başçısı onu da deyib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların müraciət və qayğılarının həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi yüksək dövlət qayğısını xüsusi qeyd edərək, bu diqqətin ailələr üçün böyük mənəvi dayaq olduğunu səmimi şəkildə dilə gətiriblər .
Şəhid atası Əfrail Əzizov rayon rəhbərliyinin şəhid ailələrinə mütəmadi diqqət və qayğı göstərməsinə yüksək qiymət verib, ali məktəbə qəbul olan övladlarının uğurunun onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Səmimi söhbət və xoş arzularla başa çatan görüşdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, şəhidin qardaşı da iştirak edib.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər