25.000-dən çox elektron poçt ünvanlarına 31 mart soyqırımı haqqında məlumat göndəriləcək
Artıq 5 ildir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, gənclər təşkilatlarının, ali və orta ixtisas təhsili müəssislərində fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının fəal iştirakı ilə hər il martın 31-i soyqırımı həqiqətlərini özündə əks etdirən internet aksiyalar təşkil edilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, internet aksiyalar vasitəsilə Avropa Şurasına, Avropa Parlamentinə, BMT-nin müxtəlif strukturlarına, nüfuzlu beynəlxalq siyasi təşkilatlara, xarici ölkələrin parlament üzvlərinə və xarici diplomatik korpuslara 1918-ci il martında ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi terror əməliyyatları barədə elektron poçt ünvanlara minlərlə məlumatlar göndərilir.
Bu ilki, aksiya şərti olaraq "Gənclər terror əleyhinə" internet aksiya adlanır. Aksiya çərçivəsində ali məktəb tələbələri, müxtəlif gənclər təşkilatlarının üzvləri və regionlarda yaşayan gənclər qoşularaq 25.000-dən çox elektron poçt ünavlarına azərbaycanlıların soyqırımı haqqında məlumatlar göndərəcəklər. Aksiyaya rəsmi olaraq dünəndən start verilib.