PDF Oxu

Sosial

  • 10

Ermənistan məhvə məhkumdur

Ermənistan məhvə məhkumdur

Danılmaz faktdır ki, ermənilər daha çox başqalarının hesabına yaşamaqla özlərini gündəmə gətirirlər. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Ermənistan qondarma soyqırımdan ancaq maliyyə yardımı almaq və ondan siyasi məqsədlər üçün istifadə etmək istəyir. Ermənistanın iqtisadi resursları, infrastrukturu tamamilə yox vəziyyətindədir. Yürütdüyü işğalçılıq siyasətinə görə, bu gün Ermənistan dünya arenasına çıxa bilmir. Dəmiryol nəqliyyatı yoxdur, avtomobil nəqliyyatı isə, Gürcüstan üzərindən keçir. Türkiyə ilə də sərhədi bağladığına görə, Ermənistan özü-özünü tam blokada vəziyyətinə salıb. Bu gün Ermənistan hətta Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret mövqe verə bilmir. Səbəb isə, birincisi, Sarkisyanın siyasət aləminə təsadüfi gəlməsi, ikincisi isə bəzi ölkələrdən asılı olmasıdır. Ermənistanda bütün mafiya qruplarına Sarkisyanın qardaşı başçılıq edir. ABŞ-da çökdürülmüş böyük bir erməni mafiyasına Sarkisyanın qardaşının başçılıq etməsi bu cinayətkar qrupun geniş şəbəkəni əhatə etdiyini göstərir. Bütün bu məsələlərlə bağlı politoloq Cümşüd Nuriyev qəzetimizə öz münasibətini bildirdi:

- Bu gün bir çox superdövlətlər öz maraqları naminə işğalçı Ermənistana güzəştə gedirlər. Əslində, Ermənistan iqtisadiyyatının ( artıq o da qalmayıb) son zamanlar çökməsinin qarşısını alan nüvə dövləti olan Rusiya idi. Ermənistanın bütün enerji sistemi Rusiyanın, hava nəqliyyatı Argentinanın, telekommunikasiya xətləri isə, Yunanıstanın əlindədir. Ermənistanın bir ölkə kimi özünün heç bir şeyi yoxdur. ABŞ, Fransa, Rusiya Ermənistanı iqtisadi cəhətdən, birmənalı şəkildə, işğal ediblər. Uşaq qatili simasında çıxış edən mənfur, azğın ermənilərin dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsindən də azdır. Bu gün təcavüzkar Ermənistana xas olan xüsusiyyət beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxmaq, müxtəlif qətliamlar, soyqırımlar törətməkdən ibarətdir. Erməni vəhşiliyinə ən bariz nümunə kimi ermənilər tərəfindən başından snayper atəşinə məruz qalmış günahsız bəşər övladı 9 yaşlı Fariz Bədəlovu göstərmək olar. Bu qəddarlığın, vəhşiliyin, zalımlığın ən pik nöqtəsidir.
Politoloq işğal edilən Dağlıq Qarabağda insan qalmadığını bildirdi: "Dağlıq Qarabağ Azərbaycan dövlətinin nəzarətində olan zaman orada təxminən 67 min erməni vardı, amma indi isə, çox azdır. Ermənistan iqtisadiyyatı tamamilə dağılıb. Ermənistanın milli valyutasının qiyməti son illər xeyli dərəcədə ucuzlaşıb".
Politoloqun sözlərinə görə, görüntü xatirinə bu gün Ermənistanı bir dövlət kimi saxlayırlar ki, ABŞ onu Rusiyanın əlindən alsın. Ermənistan, ümumiyyətlə, bir dövlət kimi 18-20-ci illərdə də yox idi, bu gün də yoxdur. Nə qədər ki, işğalçılıq siyasəti həyata keçirir onun regionda var olması qeyri-mümkündür. Yardımla, köməklə, xüsusilə də, təcavüzkar adını daşıyan Ermənistan kimi bir dövlət məhvə məhkumdur.

Digər xəbərlər