PDF Oxu

Sosial

  • 12

Azərbaycanda alınmadı...

Azərbaycanda alınmadı...

Radikalların Azərbaycanda qarışıqlıq yaratmaq, iğtişaşlar törətmək cəhdləri iflasa uğrasa da, bu, onları yeni təxribatlar yaratmaq planlarından əl çəkməyə vadar etmir. Okeanın o tayından gələn əmrlə "1 nömrəli döyüş hazırlığı"na keçən radikal qrup xalqa və dövlətə qarşı xarici təzyiqlərin uğurla başa çatmasına öz töhfəsini verməyə çalışır. Amma bir ölkədə xalqla hakimiyyətin sarsılmaz birliyi olanda orada nə daxili, nə də daxili təsirlərlə heç nə etmək olmur.

Sosial şəbəkələrin virtual qəhrəmanları kimdir?

Ərəb ölkələrində baş verən hadisələrdən "ruhlanan" radikal müxalifət ictimai rəyi aldatmağa, eyni hadisələrin Azərbaycanda da təkrarlanacağı haqqında yanlış fikir formalaşdırmağa cəhd göstərir. Bu məqsədlə öz psevdoekspertlərin, müxalifət funksionerlərinin əsassız iddialarından, anti-Azərbaycan dairələrin tapşırığı ilə xarici mətbuatda dərc olunan qərəzli materiallardan, "Facebook" kimi sosial şəbəkələrdən geniş istifadə olunur.
Maraqlı orasıdır ki, hələ ərəb ölkələrində qarışıqlıq və qiyamlar başlandığı vaxtdan "Facebook" sosial şəbəkəsində bir sıra virtual "qəhrəman"lar fəal təbliğat aparır, gəncləri ölkə hakimiyyətinə qarşı birləşməyə çağırırdı. Lakin araşdıranda məlum oldu ki, bu şəxslərin çoxu Avropa və ABŞ-dan şəbəkəyə girir və Azərbaycandakı gənclərin siyasi etiraza cəlb olunmasına çalışırlar.
Amma bu cəhdlər heç bir nəticə vermir. Çünki Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara səbəb ola biləcək hal yoxdur. Belə hallar sosial-iqtisadi problemlərin gücləndiyi, əhalinin sosial durumunun günü-gündən pisləşdiyi, demokratik azadlıqların təmin olunmadığı, avtoritar üsul-idarə hökm sürdüyü ölkələrdə ola bilər, Azərbaycanda isə tam fərqli mənzərə müşahidə olunur.
Azərbaycan bəzi ərəb ölkələri kimi qeyri-demokratik dövlət, əhalisi təhsil və dünyügörüşü zəif olan, yoxsulluq içində yaşayan ölkə deyil. O üzdən də belə planlar burda iflasa uğrayır. Lakin bu, Azərbaycanın xarici və daxili düşmənlərini öz çrkin niyyətlərindən əl çəkməyə vadar etmir.
Əksinə, mələk cildinə girmiş xarici və daxili düşmənlər yeni-yeni oyunlar, fərqli planlar hazırlayırlar. 1993-cü ildən bəri xalqın gözündən düşən və bütün seçkiləri rüsvayçı şəkildə uduzan radikal müxalifət yeni fəaliyyət sahəsi kəşf edib- siyasi şou-biznes.
Bu fəaliyyət növü bundan ibarətdir- xarici anti-Azərbaycan dairələrdən alınan qrantlardan beş-on qəpik bir qrup idealist gəncə verilir və onlar da öz növbəsində, paytaxtın mərkəzində pulsuz şou-tamaşalar nümayiş etdirirlər.
Burada 3 udan tərəf var- tamaşaçılar (xalq) pulsuz konsertə baxmaq imkanı əldə edir, sponsorlar məmnun qalır, müxalifət liderləri isə pul qazanır. Uduzan isə aktyorlardır, çünki onlar səmərəli işlərlə məşğul olsalar, daha çox uğur və pul qaza bilərlər, nəinki siyasi dələduzların əlində istismar olunmaqla.

Xalqla hakimiyyətin sarsılmaz birliyi mövcuddur

Maraqlı orasıdır ki, Ermənistana qarşı ultimatumların verildiyi, torpaqlarımızın hərbi yolla azad olunması məsələsi gündəmə gələn kimi, bəzi qüvvələrə məlum mərkəzlərdən komanda gəlir və onları xalqın və dövlətin başını başqa məsələlərlə qatmağa çalışırlar.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, güclənməsi və beynəlxalq aləmdə nüfuz sahibinə çevrilməsi, deyəsən, xarici anti-Azərbaycan dairələrini və onların tapşırıqlarını icra edən radikal müxalifəti yaman narahat edir.
Radikal müxalifəti Azərbaycanın gələcəyi, demokratik, sürətli sosial-iqtisadi inkişafı deyil, hansı yolla olursa-olsun, hakimiyyətə gəlmək düşündürür. Ona görə də, xarici anti-Azərbaycan dairələrin tapşırığı ilə radikal müxalifət ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyətindədir.
20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək hakimiyyəti silah gücünə zəbt etmiş indiki radikal qüvvələr yenidən bu metoddan yararlanmağı düşünürlər. Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları iqtidarın uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafını görür və bu halın onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk edirlər.
Mətbuatda ağız dolusu xalqın onları dəstəklədiyi iddia edən siyasi dələduzlar dəfələrlə fiaskoya uğrasalar da, bu onlara dərs olmayıb. Çünki əsas məqsəd xalq üçün nəsə etmək deyil ki, əsas məsələ ölkədə iğtişaş və qarışıqlıq yaradıb hakimiyyətə gəlməyə cəhd etməkdir.
Beləliklə, aydın olur ki, mitinq, piket tərəfdarları Azərbaycanın inkişafını, parlaq gələcəyini istəməyən, xalqımıza, dövlətimizə, mövcud stabilliyə qarşı çıxan antimilli qüvvələrdir. Ölkənin hüquq-mühafizə orqanları, polis stabilliyi pozmaq, Azərbaycanı qarşıdurma və xaos meydanına çevirmək istəyən qüvvələrin bu cəhdlərinin qarşısını sərt şəkildə almalı, cəmiyyət onlara layiq olduqları yeri göstərməlidir. Bu prosesin başında duran şəxslər məsuliyyətə cəlb olunmalı, onların barəsində lazımi tədbirlər görülməlidir.

Digər xəbərlər