PDF Oxu

Sosial

  • 11

Rəsmi Bakıdan Yerevana sərt xəbərdarlıq: "Azərbaycanın işğal olunmuş əraziləri üzərindən uçuşlar təhlükəsiz deyil"

Rəsmi Bakıdan Yerevana sərt xəbərdarlıq: "Azərbaycanın işğal olunmuş əraziləri üzərindən uçuşlar təhlükəsiz deyil"
Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş əraziləri üzərindən mülki uçuşlar üçün təhlükə mövcuddur. "Azərbaycan tərəfi bir daha Beynəlxalq Mülki Aviasiya Təşkilatının, eləcə də bütün beynəlxalq təşkilatların diqqətinə çatdırır ki, Ermənistanın işğal etdiyi ərazilər üzərindən mülki uçuşlar üçün təhlükə və hərbi münaqişə zonasında və Azərbaycan hakimiyyətinin nəzarətindən müvəqqəti kənarda olan zonada təxribat hərəkətlərinin törədilməsinin mümkünlüyü qalmaqdadır", - Azərbaycan XİN-in mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev Trend-ə bildirib. "Azərbaycan tərəfi dəfələrlə müxtəlif səviyyələrdə Azərbaycan Respublikasının dövlət orqanlarının müvafiq icazəsi olmadan respublikanın işğal olunmuş əraziləri üzərindən uçuşların həyata keçirilməsinin yolverilməzliyi barədə məlumat verib", - Abdullayev deyib.

Digər xəbərlər