PDF Oxu

Sosial

  • 20

Parlamentdə 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulur

Parlamentdə 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulur
Milli Məclisdə 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılması gözlənilir. Bu barədə parlamentin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov məlumat verib. V.Əhmədov bildirib ki, büdcədə neftin bir barelinin qiyməti 60 dollardan götürülsə də, hazırda dünya bazarında bu qiymət təxminən iki dəfə artıqdır. Onun sözlərinə görə, proqnozlar neftin qiymətinin bir qədər də artacağını deməyə əsas verir. "Təbii ki, əvvəlki illərdə olduğu kimi neft gəlirləri artıqdıqca, dövlət büdcəsində profisit yaranır. Yəni neft gəlirləri dövlət bücəsində də əksini tapır. Ölkənin maliyyə naziri də bir müddət öncə bildirdi ki, büdcə gəlirlərinin artımı ilə bağlı hökumət parlamentə müraciət edəcək. Hesab edirəm ki, bu ilin may-iyun aylarında parlamentdə 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq"- deyə o qeyd edib.

Digər xəbərlər