PDF Oxu

Sosial

  • 12

Azərbaycanın idarəçilik sistemində neqativ halların olması qeyri-mümkündür

Azərbaycanın idarəçilik sistemində neqativ halların olması qeyri-mümkündür

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının ikinci ilinin yekunlarına dair konfransda səsləndirdiyi fikirlər ölkə ictimaiyyətində geniş maraq doğurub. Bizimlə həmsöhbət olan millət vəkilləri, cəmiyyətin ayrı-ayrı nümayəndələri də bu cür məsələlərin, atılan addımların təqdirəlayiq olduğunu vurğulayıblar.
Aydın Mirzəzadə:
"Korrupsiya ilə mübarizə dövlətin əsas prioritet istiqamətlərindən biridir"

Ölkə Prezidenti İlham Əliyevin bir neçə gün öncə regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının ikinci ilinin yekunlarına dair konfransda səsləndirdiyi nitqinin hər cümləsi bu gün diqqətlə öyrənilməlidir deyən Milli Məclisin üzvü Aydın Mirzəzadə konfransda ölkə başçısı tərəfindən deyilən hər bir fikirin, Onun toxunduğu hər bir mövzunun günün aktual məsələlərini özündə əks etdirdiyini diqqətə çatdırdı. Bildirdi ki, sadalanan məsələlərin hər birinə dair dövlət başçısının konkret mövqeyi ortadadır. A.Mirzəzadə onu da əlavə etdi ki, cənab Prezidenti sadəcə olaraq, məsələyə toxunmur və məsələyə dair ümumi nəzəri fikirlər səsləndirmir. "O, həmçinin, hər bir məsələni araşdırır və real vəziyyəti, uğurlar varsa, uğurların genişlənməsi və problemlər varsa, problemlərin aradan qaldırılması üçün konkret yollar göstərir. Bunlardan biri də, cənab Prezident İlham Əliyevin son dövrlər korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə aparılan işlə bağlı söylədiyi fikirlər oldu. Amma çox təəssüf ki, ölkə daxilində müxalif qüvvələr aparılan işi kampaniya xarakteri daşıdığını, bir müddətdən sonra bunun yaddan çıxacağını iddia edirlər. Dövlət başçısı isə bütün bunların əksinə olaraq və eyni zamanda, irəli sürülən ittihamları alt-üst edərək, bildirdi ki, bu kampaniya deyil, sistemli bir işdir. Bu sistemin əsas isə uzun illər bundan öncə qoyulub və bundan sonra da öz tempində davam etməlidir. Ümumi götürdükdə isə, elə bir sistem yaradılır ki, o sistem Azərbaycanda korrupsiya halının mümkünlüyünü minumuma endirəcək. Prinsipcə biz korrupsiya ilə mübarizənin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, 1995-ci ildə ilk demokratik Konstitusiyanın qəbulu, sonradan mərhələ-mərhələ sosial-iqtisadi məsələlərin həlli, xarici siyasətin müəyyənləşməsi, hüquqi sistemin yenidən qurulması ilə yenidən başladığını tam əminliklə söyləmək olar" deyən A.Mirzəzadə bundan sonrakı şəraitdə qərarın ancaq bir nəfərin şəxsi rəyindən asılı olmayacağını və korrupsiyaya marağı olanın artıq onu etmək qorxusunu öz üzərində hiss edəcəyini də diqqətə çatdırdı.
Cəmiyyətimiz tərəfindən də, bunun çox müsbət qarşılandığını söyləyən millət vəkili dövlətin apardığı siyasətin geniş ictimaiyyət tərəfindən dəstəkləndiyini və bunda sonra da bunun Azərbaycanın strateji xətti olacağını əminliyini ifadə etdi. Artıq bütün dövlət strukturlarında sadalanan məsələ ilə bağlı müvafiq tədbirlər görüldüyünü, fəaliyyətlərin müəyyənləşdiyini və işində bu halı yaradan istənilən amilin aradan qaldırılması üçün ciddi addımların atıldığını bildirən A. Mirzəzadə ötən gün məlum olduğu kimi Şamaxı şəhər bələdiyyəsinin, Şamaxı şəhər torpaq şöbəsinin və Şamaxı rayon Mədrəsə kənd bələdiyyə sədrinin həbs edilməsi ilə bağlı konkret addım atıldığını da vurğuladı. Elə bu faktın özünün məhz korrupsiya ilə mübarizədə kiçik-böyük vəzifəli insanlar məfhumunun əsas olmadığını qeyd edən Milli Məclisin üzvü istənilən məsul şəxsin öz maraqlarını önə çəkəcəyi təqdirdə, analoji vəziyyətlə üzləşəcəyinin qaçılmaz olduğunu da bildirib. A.Mirzəzadə bu amilin korrupsiya ilə mübarizədə dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu və yaxın vaxtlardan başlayaraq, bunun müsbət nəticələrin cəmiyyətimiz tərəfindən açıq şəkildə müşahidə ediləcəyini də vurğulayıb.
Tahir Süleymanov: "Azərbaycanda elə bir sistem qurulub ki, heç bir halda burada hər hansı bir neqativ halın geniş vüsət alması mümkün deyil"

Milli Məclisin üzvü Tahir Süleymanov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair İkinci Dövlət Proqramının ikinci ilinin yekunlarına dair konfransda səsləndirdiyi fikirlərin cəmiyyətimiz tərəfindən çox müsbət qarşılandığını bildirdi. Qeyd etdi ki, həmin konfransda toxunulan məsələlər və qarşıya qoyulan məqsədlər idarəçilik sistemindəki qarşılıqlı münasibətlər sisteminə öz töhfəsini vermiş olub. O, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin proqram xarakterli həyata keçirilməsilə bağlı proqram xarakterli fəaliyyət planının önə çəkildiyini bildirib. Rüşvətxorluq və korrupsiya olan ölkələrdə, onların iqtisadi inkişafında, durğunluqların yarandığını bildirən T.Süleymanov ölkəmizdə isə son illərdə əldə olunan uğurların Azərbaycanda heç bir halda neqativ halların baş verməməsinə işarə olduğunu qeyd edib. Ölkəmizin günü-gündən öz inkişafının ən yüksək pilləsinə doğru irəlilədiyini dilə gətirən millət vəkili bəzi hallarda xırda neqativ hallara yol verilməsi kimi hərəkətlərə qarşı isə sərt tədbirlərin görüldüyünü dilə gətirdi.

Digər xəbərlər