PDF Oxu

Sosial

  • 11

4 semestr ərzində BDU-dan 180 nəfər tələbə xaric edilib

4 semestr ərzində BDU-dan 180 nəfər tələbə xaric edilib
2009/2010 və 2010/2011- tədris ili ərzində Bakı Dövlət Universitetindən 180-ə yaxın tələbə xaric olunub. Bu barədə SİA-ya BDU Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova məlumat verib. O bildirib ki, 4 semestr ərzində 180-a yaxın tələbənin qovulmasına səbəb onların universitet daxili nizam-intizam qaydalarını pozması, davamiyyət və akademik borclar və s. məsələlər olub. P.İbrahimova qeyd edib ki, bir neçə gün əvvəl bununla bağlı yayılan məlumatda yanlışlığa yol verilib: "Belə ki, məlumatda xaric edilən tələbələrin 2009/2010 və 2010/2011- tədris ili ərzində (4 semestr) yox, 2010/2011- tədris ili ərzində olduğu qeyd edilib. Amma bir daha qeyd edirəm ki, 180 tələbə yalnız 2010/2011- tədris ili ərzində deyil, 4 semestrin nəticələrinə görə azad olunub".

Digər xəbərlər