PDF Oxu

Sosial

  • 11

İnqilab dalğası Ermənistanı da əhatə edə bilər

İnqilab dalğası Ermənistanı da əhatə edə bilər
Ermənistanda inqilabi əhval-ruhiyyənin hökm sürməsi məlumdur. Belə ki, fevral ayının 18-dən etibarən yenidən başlayan kütləvi etiraz mitinqləri məhz ölkə hakimiyyətinin istefasını tələb edən şüarlarla müşahidə olunmaqdadır. Ermənistanın ana müxalifətinin təşkil etdiyi bu mitinqlərdə əhali artıq onlara zülm edən Serj Sarkisyan hökumətindən bezdiyini dilə gətirir. Bu gün Ermənistanın düşdüyü acınacaqlı və böhranlı vəziyyətə görə məhz Ermənistan rəhbərliyinin cavabdeh olması və məsuliyyət daşıması heç kəsdə şübhə doğurmur. Ölkənin günü-gündən geriləməsi və son illər ərzində heç bir sahədə inkişafa nail oluna bilməməsi Ermənistanı idarə edənlərin günahı olduğu bildirilir. Onların yeritdiyi yanlış siyasətin nəticəsidir ki, bu gün Ermənistan xalqı buna görə böyük əziyyət çəkir. İnsanların xüsusilə sosial-iqtisadi cəhətdən əziyyət çəkməsi onların həyat şəraitlərinin təmin olunmasında çox ciddi problemlərin yaranmasına gətirib çıxarmışdır. İnsanların öz maaşlarını vaxtında ala bilməməsi, iş yerlərinin isə getdikcə bağlanması, qiymətlərin, xüsusilə də, ərzaq məhsullarının qiymətlərinin günü-gündən artırılması Ermənistan əhalisinin vəziyyətinin pisləşməsinə gətirib çıxaran başlıca amillərdir. Bütün bunlar isə onların hakimiyyətə qarşı çıxmalarına, ona qarşı etiraz aksiyalarına qoşulmalarına şərait yaradır. Bu isə hazırkı vəziyyətin sonda inqilabla nəticələnəcəyi proqnozunu verməyə əsas yaradır. Əgər inqilab baş verən ölkələrdəki inqilab öncəsi vəziyyətə nəzər salsaq, görərik ki, bu, Ermənistanın indiki vəziyyətindən heç də fərqlənməyib. Xalqı illərlə zülm altında yaşadan diktator liderlər, nəhayət ki, öz cəzalarına çatdılar. Onlar da məhz Ermənistan lideri S.Sarkisyan kimi hakimiyyətə zor gücü ilə gəlmiş və xalqı öz əsarətində saxlamaqla hakimiyyəti əldə saxlamağa nail olmuş "liderlər" idi. Onların aqibətinin Serj Sarkisyanı da gözlədiyi şübhəsizdir. Bu gün, demək olar ki, ölkəni idarə etmək üçün əlində heç bir imkanı qalmayan Sarkisyan yalnız onu himayə edən xarici havadarlarının dəstəyi ilə öz postunda qalmağı bacarır. Digər bir tərəfdən isə Qarabağ məsələsini gündəmə gətirməklə, öz siyasətinə haqq qazandırmağa çalışan Sarkisyana artıq heç bir inam qalmayıb.

Digər xəbərlər