PDF Oxu

Sosial

  • 28

Bakı sakinləri ilk qarı sevinclə qarşılayıblar

Bakı sakinləri ilk qarı sevinclə qarşılayıblar
Ötən gün paytaxtda ilk qarın yağması şəhər sakinləri tərəfindən böyük sevinclə qarşılanıb. Ağ örtüyə bürünün Bakıda dünən axşam saatlarından başlayan qarın yağması səhər-səhər işə tələsənlərin və uşaqların çöhrəsində xoş təbəssüm doğurub. Uşaqların həyətlərdə qartopu oynaması, gənclərin bir-birinə qartopuna tutması kənardan baxanlar üçün gözəl bir mənzərə yaradırdı. Həmişə mehribançılıq və sülh şəraitində yaşamağa alışmış xalqımızın bu gözəl məqamları özünün ən xoşbəxt anları kimi yaşamağa mənəvi haqqı çatır. Çünki bu gün və sabah yağacaq qar sevincini yaşamaq üçün insanlar, ilk növbədə, xoşbəxt olmalıdırlar. Xoşbəxt və firavan həyat tərzi isə insanlarımız üçün dövlətimiz tərəfindən ən yüksək formada təmin edilib. Ulu Öndərimiz Heydər Əliyev həmişə uşaqların çöhrəsində yarana biləcək kiçik bir təbəssüm üçün ən böyük işlərin görülməsinin vacib olduğunu bildirib. Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən Azərbaycanda Ulu Öndərin istək və arzuları, həmişə olduğu kimi, yenə çin olub. Körpələrimizin çöhrəsində olan xoş təbəssüm yağan qarın sevinci ilə bir ahəngdarlıq təşkil edəndə, həyat daha əlvan və rəngarəng olur.
Bir neçə gün öncə bölgələrimizdə, əsasən də, Şimal və Qərb zonalarımızda yağan qarın sevincinin, nəhayət, Bakı şəhər sakinləri tərəfindən yaşanması, ən müasir standartlara cavab verən park və xiyabanlarımızda qarlı havada belə insanlarımızın istirahət etmək istəyində olması xoşbəxtliyinin göstəricisidir. Son illər paytaxt Bakıda analoqu olmayan layihələrin icrası nəticəsində gözəl şəhərimizin mənzərəsinin daha ürəkaçan olması sakinlər tərəfindən də yüksək qiymətləndirilir. Çünki ölkəmizin hər bir yerində olduğu kimi, Bakı şəhərində aparılan quruculuq-abadlıq işləri, yenidənqurma tədbirləri paytaxtımızın dünyanın ən gözəl şəhərlər sırasına daxil olmasına imkan yaradıb. Onu da, əlavə edək ki, günü-gündən gözəlləşən, çiçəklənən ölkəmizin bütün bölgələrində canlanma və ürəkaçan mənzərələr yaranıb. Təkcə paytaxtımızda deyil, bütün rayonlarımızda tikilib istifadə verilən park və xiyabanlar, istirahət kompleksləri, beşulduzlu otellər vətəndaşlarımızın istək və arzularının ən yüksək formada təcəssümüdür. Ölkə Prezidenti İlham Əliyevin çıxışlarında "biz hər bir vətəndaşımızın yaxşı həyat tərzi ilə təmin olunmasına çalışırıq" deməsi atılan addımların, görülən vacib işlərin əhəmiyyətinə öz təsirini göstərmiş olur.
Son illər bütün orqanlar və müvafiq icra hakimiyyətləri kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də, görülən işlər, aparılan məqsədyönlü tədbirlər şəhərimizin daha da gözəlləşməsinə, paytaxt sakinlərinin yaşayış, istirahət və asudə vaxtlarının yüksək formada təmin edilməsinə xidmət edir. Məhz bu səbəbdən də, Bakıya yağan qar şəhərimizin gözəlliyinə yeni çalarlar, əlavə əlvan mənzərələr əlavə edir. Amma bir reallıq da ondan ibarətdir ki, qarın yağmasına böyüklərdən də daha çox körpələr, azyaşlı uşaqlar və yeniyetmələr sevinirlər. Qoy ilk qarın gətirdiyi sevinc uşaqlarımızın çöhrələrindən əskik olmasın.

Digər xəbərlər