Narkotika və insan alveri Sarkisyanın xobbisinə çevrilib
Ermənistan prezidenti Serj Sarkisyan və onun ailəsinin narkotik, silah və insan alveri ilə məşğul olduğu sübuta yetirilməkdədir. Bütün dünya KİV-nin yaydığı bu məlumat öz reallığını təsdiq edir. Bütün bu alver xobbisi bilavasitə Sarkisyanın qərarı ilə baş verir. Kütləvi qırğın silahlarının, yaxud da xarici ölkələrdən radioaktiv elementlərin hazırlanmasına yardım ola biləcək hər hansı mexanizmlərin İrana ötürülməsində Ermənistan böyük rol oynayır.
Dəfələrlə Sarkisyanın bununla əlaqəli gizli danışıqlar apardığı, hətta ABŞ-ın bu məlumatlara malik olduğu təqdirdə, informasiyalar alınandan sonra Sarkisyanın qarşısında ciddi ultimatumların qoyulduğu və əgər belə davam edərsə, Amerikanın Ermənistana bütün yardımlarını dayandıracağı kimi sərt mesajın da olunduğu aşkar edilib. Millət vəkili Zahid Oruc bildirdi ki, bu təkcə Ermənistanın işğalçılıq siyasətində əks olunmayıb: "Ermənistan digər davranışlarında da heç bir qanunauyğun addım atmır. İşğalçı dövlət oturuşması, formalaşması və xarici əlaqələrinin quruculuğu üçün normal yaşayış prinsiplərinə, hüquqi prinsiplərə nəzərən addım atmır. Daha çox mütəşəkkil cinayətkarlıq, silah qaçaqmalçılığı, narkotiklərin ötürülməsi, insan alveri və s. kimi dünyada qəbul olunmayan vasitələrin üzərində bərqərar olunub. Xüsusilə də Dağlıq Qarabağ ermənilər üçün xüsusi bir tranzit məkandır".
Millət vəkilinin sözlərinə görə, Sarkisyan rejimi və onun ailə üzvlərinin bu işdə yer alması qətiyyən heç bir şübhə doğurmur. Sarkisyanın onsuz da hakimiyyətə gəldiyi həm əvvəl, həm də sonrakı dövrlərdəki qaranlıq fəaliyyəti hər kəsə bəllidir. Amma nə baş verir? Bu əməlləri Sarkisyanın xarici əlaqələrdən tamamilə izolyasiya olunmasına gətirib çıxarırmı? Həmin beynəlxalq birliklər bunun gerçək sifətini və əməllərini bilir. Bəs belə olan təqdirdə, nədən Ermənistana əl uzadır, müxtəlif tədbirlərə dəvət edir?
Millət vəkili burada ikili vəziyyətin yarandığını qeyd etdi. Bir tərəfdən, heç şübhəsiz ki, Ermənistanın bölgədə siyasi kimliyi məsələsi hələ heç bir xarici aləmdə söhbət olunmayan bir vəziyyətdədir. Və buna görə də hər hansı bir formada təsir və təzyiqlərə məruz qalmır. Slobodan Miloşeviç rejimini və Serbiyanın siyasi elitasında təmsil olunan digər şəxslərin hamısını öncədən təqiblərə, təsirlərə məruz qoyurdular. Sonra isə, onlar beynəlxalq məhkəmələr qarşısında dayandı. Kaliforniya ştatının özündə belə çox ağır hadisələrlə bağlı materiallar dərc olunmuşdu. Onların özü belə son addımda yenə də ən sərt qərardan da yayına bilmədilər. Nədən bu qərarların heç biri ermənilərə qarşı tətbiq olunmayıb?
Millət vəkili Ermənistana qarşı sərt qərarların tətbiq edilmədiyinə təəssüfləndiyini və belə bir cinayətkar rejimdən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllini gözləmədiyini bildirdi. Sarkisyan özünü elə aparır ki, guya o, qərbpərəstdir və həmin dairələrlə onun əlaqələrinin artması Ermənistanın bu siyasi izolyasiyadan çıxması, gələcəkdə bu ölkənin iqtisadi imkanlarına müsbət təsir edir.
Millət vəkili vurğuladı ki, indiki şəraitdə nə qədər ağır səslənsə də, bildirməliyik ki, əgər Sarkisyan qeyri-qanuni vasitələrin üzərində qərarlaşdığına görə, çətin ki, Dağlıq Qarabağ münaqişəsində konstruktiv mövqe nümayiş etdirsin. Artıq Ermənistanda xalq parçalanıb, xarici diaspora təşkilatları Ermənistana əvvəlki qədər yardımlar etmir. Ermənistanın daxili vəziyyətinin ağırlaşması fonunda Dağlıq Qarabağ məsələsi də həll olunmayıb. Bu da inkar olunmazdır ki, Azərbaycan bu yolda öz imkanlarını xeyli artırıb. Azərbaycan dövlətinin resurslarının artması ən yüksək səviyyəyə çatıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz dəsti-xətti, siyasi üslubu sayəsində torpaqlarımız mütləq çox qısa müddətdə düşmən işğalından azad olunacaq.