PDF Oxu

Sosial

  • 19

MDB ekspertləri razılaşdırılmış sosial və demoqrafik siyasət Konsepsiyası layihəsini müzakirə edəcəklər

MDB ekspertləri razılaşdırılmış sosial və demoqrafik siyasət Konsepsiyası layihəsini müzakirə edəcəklər
Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin (İC)mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, fevralın 17-18-də Minskdə, MDB İC-də Birlik ölkələrinin razılaşdırılmış sosial və demoqrafik siyasəti Konsepsiyası layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək. Konsepsiyanın əsas məqsədləri MDB ölkələrinin sosial və demoqrafik sahələrdə işləyib hazırladıqları və həyata keçirdikləri layihə və proqramları əlaqələndirmək, inteqrasiyanın imkanlarından daha səmərəli istifadə etməkdir. Sənəd Birlik ölkələrinin sosial-əmək, səhiyyə, demoqrafiya, ekologiya, miqrasiya, təhsil və mədəniyyət sahələrində gedən proseslərə, habelə onların inkişaf perspektivlərinə ümumi razılaşdırılmış baxışlarının məcmusundan ibarətdir. Sənəd Birlik ölkələrinin iqtisadi, siyasi, hüquqi, inzibati vasitələri özündə birləşdirən, insan hüquqlarının pozulması hallarını minimuma endirməyə imkan verən əhalinin sosial hüquqlarının kompleks müdafiəsi mexanizmini yaratmaq cəhdini əks etdirir. Vəzifələrin kompleks həlli, inkişaf xüsusiyyətlərinin nəzərə alınması, dövlətlərin sosial və demoqrafik proqramların hazırlanmasına və reallaşdırılmasına differensial yanaşması, hakimiyyət orqanları ilə vətəndaş cəmiyyəti təsisatlarının qarşılıqlı fəaliyyəti, bütün səviyyələrdə qanunvericilik və icra orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bu siyasətin prinsipləri kimi müəyyən olunub. Razılaşdırılmış sosial və demoqrafik siyasət sosial sahədə cari və perspektiv vəzifələrin icrasını sürətləndirməyə, Birlik ölkələri əhalisinin həyat keyfiyyətini artırmağa imkan verəcək.

Digər xəbərlər