PDF Oxu

Sosial

  • 14

"Azərbaycan demokratiyaya sadiqdir"

"Azərbaycan demokratiyaya sadiqdir"
ABŞ-ın nüfuzlu "The Washington Post" qəzeti 14 fevral tarixli nömrəsində Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyevin məqaləsini dərc edib. Məqalədə Fred Hiattın qəzetin 7 fevral tarixli nömrəsində dərc olunmuş yazısına tutarlı dəlillərlə cavab verilib. Y.Əliyev məqalədə qeyd edir ki, beynəlxalq müşahidəçilərin rəylərinə əsasən, Azərbaycanda keçirilmiş və İlham Əliyevin seçicilərin böyük əksəriyyətinin səsini qazandığı 2008-ci il prezident seçkiləri ATƏT və Avropa Şurasının tələblərinin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş hesab olunub. Məqalədə vurğulanır ki, Azərbaycan sabitliyin təmin olunmasında və bütün tərəfdaşları, o cümlədən ABŞ ilə yaxın münasibətlərin qurulmasında maraqlıdır. Sonda qeyd edilir ki, bu il Azərbaycan öz müstəqilliyinin 20-ci ildönümünü qeyd edir. Bu dövr ərzində çətin mərhələlərdən keçərək güclü bir dövlətə çevrilmiş Azərbaycan öz vətəndaşlarına firavan və demokratik həyat təmin edib.

Digər xəbərlər