PDF Oxu

Sosial

  • 18

Ölkəmizdə iqtisadi inkişaf göstəriciləri artmaqdadır

Ölkəmizdə iqtisadi inkişaf göstəriciləri artmaqdadır
Dünən Qax rayonunun 2010-cu ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən işlərə yekun vurularaq, 2011-ci il üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı geniş tədbiri keçirildi. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə əklil və tər çiçək dəstələri düzdülər.
Sonra tədbir iştirakçıları rayonda aparılan sosial-iqtisadi inkişaf və abadılıq işləri ilə bağlı filmə baxıblar. Sonra hesabat yığıncağında məruzə ilə çıxış edən Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi. Ölkəmizdə davam edən inkişaf tendensiyasının Qax rayonunun sosial-iqtisadi inkişafında da özünü göstərdiyini vurğulayan icra hakimiyyətinin başçısı rayonda ümumi daxili məhsul istehsalının 73 milyon 19 min manat olduğunu, bunun əvvəlki illə müqayisədə 8 faiz çox təşkil etdiyini söyləyib: "2010-cu ildə rayonda 3 milyon 551 min manatlıq sənaye, 31 milyon 512 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Əhalinin pul gəlirləri 13 milyon 703 min manat artaraq 57 milyon 120 min manat olmuşdur. Əsas kapitaldan tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyaların məbləği 18 milyon 832,7 min manat olmuşdur. Bu, əvvəlki illə müqayisədə 30,1 faiz çoxdur. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində ötən il rayonda, 300-ü daimi olmaqla, 363 yeni iş yeri açılmışdır. Əsas kapitala yönəldilmiş investisiya qoyuluşundan əlavə, 2010-cu ildə rayonda 3 milyon 803 min manatlıq əsaslı və cari təmir, abadlıq və fərdi tikinti işləri aparılmışdır. Hesabat ilində şəhərin Heydər Əliyev prospektində dövlət vəsaiti hesabına inşa olunan İdman Kompleksinin tikintisi davam etdirilmiş, DSMF rayon şöbəsi üçün yeni inzibati binanın tikintisinə başlanılmış, Fövqəladə Hallar Nazirliyi tərəfindən Qax şəhərində qəzalı vəziyyətdə olan 5 və Əlibəyli kəndində 2 fərdi ev tikilərək istifadəyə verilmişdir".
Məruzə ətrafında çıxış edən Eyvaz Orucov, Vəfa İmamova, Bəylər Abbasov, Nadir Aşurov, Varabion Babacanaşvili, Arzuman Məmmədov və başqaları 2010-cu ildə Qax rayonunda gedən sosial-iqtisadi inkişafdan, aparılan tikinti-abadlıq işlərindən danışaraq, hasabat ilinin rayonumuz üçün uğurlu il olduğunu qeyd etdilər.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Məhərrəm Quliyev və Milli Məclisin deputatı Azər Kərimli çıxış edərək, 2010-cu ilin Azərbaycan üçün çox əhəmiyyətli il olduğunu və iqtisadiyyatımızın 5 faiz artdığını qeyd edərək, vurğulayıblar ki, Ulu Öndərimizin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində xalqımızın həyat səviyyəsi yuksəlmiş və ölkədə vətəndaşların firavan yaşayışı təmin edilmişdir.
Sonda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub.

Digər xəbərlər