PDF Oxu

Sosial

  • 20

Sarkisyan rejimi çökür

Sarkisyan rejimi çökür
Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütsə də, beynəlxalq qurumlar işğalçı dövlətə qarşı ciddi sanksiyalar belə tətbiq etməyiblər. Ermənistan nəinki Azərbaycana, hətta digər qonşu ölkələrə qarşı da qəsbkar siyasəti aparır. İşğalçı dövlət İran və Gürcüstan torpaqlarına da iddialıdır.
Millət vəkili Asəf Hacıyevin sözlərinə görə, Sarkisyanın bu gün işğalçılıq siyasəti Ermənistanı daha da zəiflədir. Sarkisyan rejiminin devrilməsi bu gün bir çox ermənilər üçün ən önəmli və prioritet məsələlərdən biridir. Artıq demək olar ki, Sarkisyan rejiminin son akkordları çalınır. Sarkisyanın əsas qayəsi, sadəcə olaraq, "prezident"lik kürsüsündə oturmaqdır. "Prezident"i olduğu ölkənin iflasa uğraması isə, qətiyyən Sarkisyanı maraqlandırmır: "Ümumiyyətlə, Ermənistanın daxilində, yaxud da xaricində baş verən proseslərin heç birində "prezident" Sarkisyanın uğuru olmadı. Buna misal kimi, artıq illərlə davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini göstərmək olar. Sarkisyanın qeyri-konstruktiv mövqe sərgiləməsi, danışıqları yubatması, çox zaman isə, sərsəm bəyanatları Dağlıq Qarabağ münaqişəsinin həllini hələ də yubadır".
Millət vəkili onu da bildirdi ki, bu gün Ermənistan iqtidarı dünyaya bəyan edir ki, Ermənistanda 9 min azərbaycanlı yaşayır. Əlbəttə, bu, gülünc fikirdir. Bunun da kökü, sadəcə olaraq, ondan qaynaqlanır ki, guya ki, Ermənistan "tolerant" xalqdır. Amma anlamırlar ki, daha doğrusu, anlamaq istəmirlər ki, Ermənistan dünyada yeganə dövlətdir ki, orada əhalinin 99 % -i ermənilərdi. Hər bir dövlətdə müxtəlif xalqın çoxlu sayda nümayəndələri yaşayır. Ermənistanda isə, ermənilərdən başqa kimsə yaşamaq istəmir. Bu da Sarkisyanın, Köçəryanın işğalçılıq siyasətinin nəticəsidir.
Millət vəkilinin də, qeyd etdiyi kimi, beynəlxalq ictimaiyyət, xüsusən də, ATƏT-in Minsk Qrupunun həmsədrləri belə bir vəziyyətdə artıq konkret addımlar atmalıdır: "Ermənistan işğalçıdır və o dövlətə qarşı ciddi sanksiya tətbiq olunmalıdır. Ən azı, iqtisadi sanksiya tətbiq oluna bilərdi. Bəlkə bu iqtisadi sanksiyalar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə gətirə bilərdi"
Millət vəkilinin sözlərinə görə, S.Sarkisyan, E. Nalbandyan, R. Köçəryan kimi şərəfsiz "siyasətçi"lər Ermənistanda baş alıb gedir. İşğalçı dövlət olan Ermənistan korrupsiyanın məngənəsində boğulur. Amma Ermənistanın taleyinin, necə olacağı qətiyyən bizi maraqlandırmır.
Millət vəkili bildirdi ki, dövlətimiz üçün əsas prioritet məsələ ərazi bütövlüyünün tanınması və qeyriləri tərəfindən şübhə altına alınmamasıdır. Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyü BMT və bütün dünya tərəfindən təsdiq olunmuş bir məsələ olduğuna görə, dövlətimizin də tam ixtiyarı və haqqı var ki, öz ərazisini işğaldan azad etsin və ərazi bütövlüyünü bərpa etsin. Ona görə də, digər dövlətlərin bu prosesə müdaxiləsi, yaxud da müdaxilə etməməsi diplomatik işlə bağlı olan məsələdir.
Millət vəkili onu da vurğuladı ki, əgər Ermənistana qarşı tətbiq edilən hər hansı bir sanksiya ciddi nəticə verməsə biz güc yolu ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olacağıq.

Digər xəbərlər