Ermənistan İranla "qaz əvəzinə elektrik" razılaşması əldə edib
Ermənistanda elektrik istehsalının bu il keçən illə müqayisədə 23 faiz artması gözlənilir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, İrəvan əldə olunan əlavə elektik enerjisini İrana satmaqla əvəsində bu ölkədən təbii qaz alacaq.
Erməni mətbuatının yazdığına görə, bu mübadilə iki ölkə arasında əldə olunan razılaşma çərçivəsində həyata keçiriləcək. Razılaşmaya görə, Ermənistan İran qazının 801 milyon kubmetrinin əvəzinə 2,4 milyard kVt/saat elektrik verəcək. Qeyd edək ki, bir müddət əvvəl Tehran və İrəvan İran neft məhsullarının Ermənistana nəql edilməsi üçün nəzərdə tutulan boru kəmərinin tikintisi ilə bağlı razılıq əldə ediblər.
Razılaşma Ermənistan energetika və təbii sərvətlər naziri Armen Movsisyanın İrana səfəri zamanı baş tutub. Kəmər Təbriz şəhərindən başlayacaq və Ermənistan sərhədinə qədər uzanacaq. Bu, erməni tərəfinə İran neft məhsulları hesabına özünün tələbatının yarısını ödəməyə imkan yaradacaq. Ermənistana nəql olunacaq İran neft məhsullarının qiyməti və həcmi yaxın gələcəkdə razılaşdırılacaq..