Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası ölkə ictimaiyyətində böyük maraq doğurub. Komissiyanın iclasından sonra dövlət qurumlarında geniş kollegiya iclasları keçirilir, müvafiq qərarlar qəbul olunur. Bizimlə həmsöhbət olan millət vəkilləri də bu cür məsələlərin təqdirəlayiq olduqlarını vurğulayıblar. Bildiriblər ki, ölkəmiz günü-gündən inkişaf edir. Bütün sahələrdə uğurlar təmin edilir. Məhz bu böyük yüksəlişə kölgə salan neqativ halların isə hər bir halda yolverilməz olduğunu söyləyən millət vəkilləri cəmiyyətin də bu məsələdə aktivlik nümayiş etdirməsinin vacibliyini önə çəkiblər.
Tahir Süleymanov: "Ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlara hər hansı bir halın kölgə salması mümkün deyil"
Milli Məclisin üzvü Tahir Suleymanov yanvar ayının 27-də Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasından sonra dövlət strukturlarında və aidiyyəti orqanlarda keçirilən kollegiya iclaslarının şəffaflığının daha aydın formada təmin edilməsi üçün atılan addımların təqdirəlayiq olduğunu bildirib. Qeyd edib ki, həmin iclasda toxunulan məsələlər və qarşıya qoyulan məqsədlər idarəçilik sistemindəki qarşılıqlı münasibətlər sisteminə öz töhfəsini vermiş olacaq. O, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin proqram xarakterli həyata keçirilməsilə bağlı proqram xarakterli fəaliyyət planının önə çəkildiyini bildirib. Rüşvətxorluq və korrupsiya olan ölkələrdə, onların iqtisadi inkişafında, siyasi arenada irəliləməsində, sosial proqramların icra olunmasında, infrastruktur layihələrinin yerinə yeirilməsində durğunluqların yarandığını bildirən T.Süleymanov ölkəmizdə təkcə isə son illərdə əldə olunan uğurların sadalanması ilə bir daha Azərbaycanda heç bir halda neqativ halların baş verməməsinə işarə etdi. Ölkəmizin günü-gündən öz inkişafının ən yüksək pilləsinə doğru irəlilədiyini dilə gətirən millət vəkili bəzi hallarda xırda neqativ hallara yol verilməsi kimi hərəkətlərə qarşı isə sərt tədbirlərin görüldüyünü dilə gətirdi. "Azərbaycanda elə bir sistem qurulub ki, heç bir halda burada hər hansı bir neqativ halın geniş vüsət alması mümkün deyil. Eyni zamanda, cəmiyyətin özü də, bu cür məsələlərə qarşı birmənalı mövqe sərgiləməlidir. Artıq müasir cəmiyyətimiz özünün bütün imkanlarını və prinsiplərini müəyynləşdirməyi çox gözəl bilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, hər bir halda, bu sahədə çatışmazlıqların qalması da zəruri addımların atılmasını məqbul edib. Ona görə də, bu cür neqativ halların qarşısı vaxtında və zamanında alınır"- deyən T.Süleymanov Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının çox ciddi tədbirlər hazırladığını da vurğulayıb.
Rüstəm Xəlilov: "Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya demokratik prinsiplərə əsaslanır"
Milli Məclisin üzvü Rüstəm Xəlilov da Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasından sonra görülən tədbirlərin, atılan addımların zəruri tərəflərinə toxunub. Bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı bu cür əks tədbirlərin həyata keçirilməsinin də, hamı kimi onlar tərəfindən də, çox müsbət qarşılanır. Dövlətin bu cür hallara qarşı görmüş olduğu tədbirlərdən, atmış olduğu addımlardan əlavə cəmiyyət üzvlərinin də bu məsələdə aktiv olmasının vacibliyini dilə gətirən R.Xəlilov ölkəmizin inkişafının tendensiyalarına təsir edən ən xırda neqativ hala qarşı belə sərt mövqenin olmasının labüd olduğunu bildirib. Elə bu səbəbdən də, müəyyən dərəcədə neqativ hallara yol açan belə halların qarşısının alınmasının tərəfdarı olduğunu söyləyən R.Xəlilov ölkəmizin əldə etmiş olduğu uğurlara kölgə salan hərəkətlərin yolverilməz olduğunu bildirib. "Çünki əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli müstəqilliyimiz, və dövlətimizin idarəçilik strategiyası demokratik dəyərlərə, şəffaf prinsiplərə söykənir. Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev də, ölkəmizdə apardığı çox böyük uğurlu iqtisadi siyasətlə, həyata keçirdiyi analoqu olmayan iri layihələrlə dövlətimizin daha da qüdrətlənməsini, beynəlxalq arenada gücünün artmasını təmin edir. Ona görə də, ölkəmizdə görülən böyük işlərə hər hansı bir uyğunsuzluqla kölgə salmaq mümkün deyil"- deyən millət vəkili həyata keçirilən bu böyük layihələrin və görülən işlərin müqabilində və digər zəruri prinsiplərə əsasən xalqımızın birmənalı şəkildə öz dövlətinin ətrafında sıx birləşdiyini də diqqətə çatdırdı.
Aydın Hüseynov: "Ölkəmizdə neqativ hallara yol verilməsinə qarşı ictimai qınağın olması da vacib prinsiplərdəndir"
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov hörmətli akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Korrupsiyaya qarşı Mübarizə Komissiyasının geniş iclasında bir sıra vacib məsələlərin müzakirə olunduğunu, burada səslənən fikirlərdə və verilən bəyanatlarda ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə məsələlərinin öz aktullağını saxladığını dilə gətirib. A.Hüseynov bir məqamı da önə çəkib ki, ölkəmizdə bu cür hallara qarşı mübarizə kampaniya xarakteri olmamalıdır. Gündəlik həyatımızda hər bir vətəndaşın bu cür hallara qarşı öz iradəsini bildirməsinin vacibliyini deyən A.Hüseynov cəmiyyətimizin belə məqamlarda bir qədər aktiv olmasını, lazımi strukturların işinə köməklik göstərmələrinin də məqbul olduğunu diqqətə çatdırıb. A.Hüseynov, həmçinin, bu cür hallara qarşı digər məqamlarla yanaşı, mənəvi prinsiplərin də öz aktuallığını saxlamasının vacibliyini dilə gətirib. Amma hər bir halda isə, burada həm subyektiv, həm də, obyektiv amillər araşdırılmalıdır deyən A.Hüseynov bu cür məqamlara qarşı ictimai qınağın olmasını, cəmiyyət üzvlərinin bir qədər fəallıq göstərmələrinin müəyyən töhfələr verə biləcəyini də diqqətə çatdırıb.