"Miqrasiya Məcəlləsinə dair layihə Nazirlər Kabinetinə təqdim olunub"
Dövlət Miqrasiya Xidməti tərəfindən Miqrasiya Məcəlləsi hazırlanır. SİA-nın məlumatına görə, bu barədə xidmətin rəis müavini Pərviz Musayev miqrasiya xidmətinin işçiləri üçün ixtisasartırma kurslarının açılış mərasimində məlumat verib. O bildirib ki, artıq Miqrasiya Məcəlləsinə dair layihə hazırdır.
Layihənin Nazirlər Kabinetinə təqdim olunduğunu dilə gətirən P. Musayev vurğulayıb ki, sənəd qəbul olunduqdan sonra xidmətin fəaliyyəti həmin qanunvericilik əsasında tənzimlənəcək. Qeyd edək ki, sənəd qanunvericilik baxımından Azərbaycana gələn hər bir əcnəbinin işini asanlaşdıracaq. Məcəlləyə əsasən onlar Azərbaycana gəlmək, burada yaşamaq məsələləri ilə bağlı lazımı məlumatlar da ala biləcəklər.