24-25 fevralda ATƏT Parlament Assambleyasının qış sessiyası keçiriləcək
24-25 fevral tarixlərində ATƏT Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Bu barədə yap.org.az saytına Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov məlumat verib. E.İbrahimov bildirib ki, sessiyada ATƏT məkanında mövcud olan problemlər, eləcə də bir sıra digər məsələlər müzakirə olunacaq. Nümayəndə heyətinin üzvü qeyd edib ki, əgər sessiyaya qədər ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərimizdə vəziyyətə dair hesabatı açıqlanmasa, bu məsələ də qurumun Parlament Assambleyasında qaldırılacaq.