PDF Oxu

Sosial

  • 14

AŞPA-nın Ermənistanı cəzadan kənarda saxlaması təəccüb doğurur

AŞPA-nın Ermənistanı cəzadan kənarda saxlaması təəccüb doğurur
AŞPA-da Belarusda keçirilən qeyri-demokratik seçkilərə görə, bu ölkəyə qarşı sanksiya tətbiq edildiyi halda, Ermənistanda insan qırğını ilə müşayiət olunmuş 2008-ci il 1-2 mart olaylarına görə, Sarkisyan rejimi cəzadan kənarda qaldı. Bu, həqiqətən də, ikili və ziddiyyətli bir mövqedir. Ən azından, işğalçı dövlət olan Ermənistana qarşı hansısa ciddi sanksiya və cəza tətbiq olunmalı idi. Bununla bağlı, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa bildirdi ki, işğalçı Ermənistana qarşı hələ ki, tərəfli siyasət davam edir. Ona görə də, bu kimi məsələlərdə Ermənistanın belə bir imtiyaza sahib olduğuna həmişə hazır olmalıyıq. Sadəcə olaraq, var qüvvəmizlə çalışmalıyıq ki, öz haqlı mövqeyimizi hər yerdə müdafiə edək. AŞPA Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin yaxın vaxtlarda artırılmasına dair mövqe prosesin nizamlanmasına müəyyən təsir göstərə bilər. Dağlıq  Qarabağ üzrə yaradılan alt komitə Azərbaycan dövlətinin haqlı olduğunu üzə çıxacaqdır. Amma  işğalçı dövlət olan Ermənistan Alt Komitənin birmənalı şəkildə bərpa olunmaması və fəaliyyət göstərməməsi üçün əlindən gələni edir. Çünki o zaman ermənilər ifşa olunacaq, Dağlıq Qarabağda törətdikləri bütün mənfi əməlləri üzə çıxacaq. Alt Komitə bərpa olsa belə, mənfur ermənilər çalışacaqlar ki, komitənin işini əhəmiyyətsiz etsinlər. Ona görə də, Azərbaycan dövləti olaraq, bütünlüklə  çalışmalıyıq ki, bu məsələnin üzərinə gedək, Alt Komitənin  bərpası və fəaliyyətinin həllinə nail olaq.
Millət vəkili son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bir qədər süstlük müşahidə olunduğunu qeyd etdi: "Məlum məsələdir ki, bütün bunlar Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyin nəticəsidir. Bütün dünyaya məlumdur ki, mənfur ermənilər Azərbaycan torpaqlarının 20%-ni işğal ediblər. Və işğal olunan torpaqlarımızı geri qaytarmaq niyyətində deyillər. Ermənilərin bu cür riyakarlığına, qeyri-konstruktiv mövqe tutmasına baxmayaraq, dövlətimiz bütün lazımi vasitələrdən istifadə edib, çox tez bir zamanda torpaqlarımızı düşmən işğalından azad edəcəklər".
"Azərbaycan Dağlıq Qarabağda separatçı qüvvələrin zərərsizləşdirilməsi prosesini həyata keçirsə, müəyyən ölkələrdən dəstək ala bilərmi" sualına cavab olaraq, F. Mustafa bildirdi ki, hər halda, Azərbaycanın belə bir dəstəkalma ehtimalı azdır. Hal-hazırda bugünkü tərəfli mövqe imkan vermir ki, müəyyən qüvvələr, qurumlar Azərbaycan dövlətinin haqlı mövqeyini müdafiə etsinlər. İraqda, Tunisdə yaxud da başqa ölkədə müharibə yolu ilə torpaqlar işğal olunsaydı, insanlar  köçkün və qaçqın vəziyyətində yaşasaydılar, yəqin ki, ABŞ buna biganə qalmazdı və öz mövqeyini bildirərdi. Amma nədənsə bu münaqişə Azərbaycan dövləti ilə bağlı olduğuna görə Rusiya, Amerika, hətta İran da dövlətimizə qarşı hansısa müəyyən qərəzli mövqe tutub.
Millət vəkili vurğuladı ki, Azərbaycan dövlətinə qarşı yönəlmiş bütün bu təzyiqlərin, təpkilərin fonunda  dövlətimiz öz ərazisinin tamamilə düşmən işğalından azad olması üçün bütün vasitələrdən istifadə edəcək.

Digər xəbərlər