PDF Oxu

Sosial

  • 13

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Məzahir Pənahovla görüşüblər

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Məzahir Pənahovla görüşüblər
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt ilə görüşüb. Görüşdə 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər əsas müzakirə mövzusu olub. M.Pənahov seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı seçki qurumlarının həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib, seçicilərin fəal seçki hüquqlarının reallaşdırılması üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb. Görüşdə, həmçinin seçki kampaniyası dövründə namizədlərə yaradılmış bərabər təşviqat imkanları, şikayətlərə və müraciətlərə baxılması, namizədlərin qeydiyyatı, seçki günü ilə bağlı məsələlər müzakirə edilib. MSK-nın beynəlxalq təşkilatlarla əməkdaşlığı və bunun sayəsində əldə olunan nailiyyətlər barədə də danışılıb.

Digər xəbərlər