PDF Oxu

Sosial

  • 8

Uduşların ardı - arası kəsilmir

Uduşların ardı - arası kəsilmir
Yeni ilin ilk günü, Abşeron rayon sakini Salayev İmanəlinin "Piramida" lotereyasının 1-ci tirajında udduğu 7000 manat lotereya həvəskarları üçün 2011-ci ilin də uduşlarla bol olacağına bir mesaj oldu. Hadisələrin hazırki axarı bu mesajın kifayət qədər ciddi və tutarlı olduğunu göstərməkdədir və "Azərlotereya" ASC - nin təşkil etdiyi müxtəlif oyunlar sanki uduş yarışına çıxıblar. İlin ilk uduşundan heç bir həftə keçməmiş "Binqo" lotereyasının ilk tirajında Bakı sakini Qarayeva Rəsmiyyə 10 000 manat uddu. Sanki "Binqo" ilə yarışa çıxmış "Piramida" lotereyasındada növbəti uduş özünü çox gözlətmədi. Naxçıvan sakini Əliyev Tahir Səməd oğlu 3-cü tirajda 21 000 manat həcmində "Cek pot"-u uddu. Yeni ili uğurla başlayan Tahir müəllim lotereya oyunlarının daimi iştirakçısıdır. Bu dəfə 5 bilet alıbmış, tirajı izləyib və "belə iri məbləğdə pul udduğunu bilən anda hansı hissləri keçirdiniz?" sualına, "nə təhər deyim, şokdaydım" cavabını verdi. Hörmətli oxucuda elə bir təəssürat yaranmasın ki, digər oyunların iştirakçıları uduş sarıdan kasadlıq çəkirlər. "Ailə sevinci" lotereyası həmişə olduğu kimi oyun iştirakçılarını sevindirməkdə davam edir. Ağdaş şəhər sakini Ələkbərov Mahir Abdulla oğlu məhz bu oyunun 1-ci tirajında Nissan "Sunny" avtomobilinə sahib oldu. Artıq iki nəvəsi olan Mahir Ələkbərov deyir: "Uşaqlar yerbəyer olublar, mən də sistematik olaraq lotereya oyunlarında iştirak edirəm, başımı qarışdırıram". Mahir müəllim lotereya oyunlarını diqqətlə izləyir, xüsusi dəftərdə bütün tirajlar haqqında qeydlər aparır. Bu dəfə tiraj vaxtı evdə olmayıb, tirajın gedişini nəvəsi qeydə alıb və əli yüngül olub. Daha bir iştirakçı "Ailə sevinci"-ndən sevinc payını aldı. Şəki şəhər sakini Ələkbərov Məmməd Nurəddin oğlu bu lotereyanın ilk tirajında 5 000 manat uddu. Keçən il Süleymanov Ayaza və Həsənov Hikmətə Volkswagen "Passat" avtomobilləri, Abdullayev Ənvərə 20 000 manat, Andrey Doronin, Kəramət İsmayılov və Aynurə Məmmədovanın hər birinə 10 000 manat qazandıran "Şans" lotereyası da il başlayar-başlamaz İmişli şəhərindən Dəmirov İlham Hacı oğlunun ili uğurla başlamaq şansını əhəmiyyətli dərəcədə yüksəltdi. Razılaşarsınız ki, bunun üçün 10 000 manat kifayət qədər sanballı məbləğdir. 5/36 lotereyası da oyun iştirakçılarını məyus etməyib. Bu lotereyanın 191-ci tirajında Bakı sakini Hyseynov Vüqar Famil oğlu 10 400 manat həcmində "Cek Pot"-u uddu. Sonrakı tirajda 3 000 manat udan Bakı şəhər sakini Bağırov Qismət Yusif oğlu "digər uduşlarla müqayisədə uduşunuz kiçikdir, böyük uduş sahiblərinə qibtə etmirsiz?" sualına, qətiyyətlə "Xeyr, bu Allahın qismətidir. Min bərəkət!" cavabını verdi. Yeri gəlmişkən, bir qayda olaraq, uduş sahibləri uduşlarını aldıqdan sonra "Azərlotereya" Dövlət Şirkətində qaliblərin ürək sözlərini, yeni ideya, irad və təkliflərini dinləyir, araşdırır və rasional ideyalardan oyunların təşkili, keçirilməsi prosesinin təkmilləşdirilməsində, yeni layihələrin işlənməsində istifadə edirlər. Belə layihələrdən biri "BİNQO+8" lotereyası 8 Mart bayramında qadınlara gözəl bir hədiyyə olacaq. Mart ayının 7-də saat 19.10-da AzTV - də canlı yayımlanacaq tirajda oyun iştirakçıları KİA "OPTİMA", 2 ədəd KİA "RİO", NİSSAN "SUNNY" və 4 ədəd VAZ-2107 olmaqla 8 ədəd avtomobilə, çoxlu pul uduşlarına sahib olacaqlar. Xüsusi olaraq qeyd etmək lazımdır ki, lotereya biletləri nəfis açıqca şəklində istehsal olunacaqlar və gözəl xanımlarımıza hədiyyə alarkən, ayrıca açıqcaya ehtiyac olmayacaq. "BİNQO+8" həm gözəl açıqca, həm də Sizi 8 avtomobil və çoxsaylı pul uduşlarına sahib edə biləcək unikal lotereyadır. İlin ilk qaliblərini təbrik edir, onlara "Xeyirli olsun!" deyir, "Azərlotereya" Dövlət Şirkəti kollektivinə isə yeni-yeni yaradıcılıq nəaliyyətləri arzulayırıq.

Digər xəbərlər