PDF Oxu

Sosial

  • 19

Dövlət Miqrasiya Xidmətində 2010-cu ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib

Dövlət Miqrasiya Xidmətində 2010-cu ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib
Dövlət Miqrasiya Xidmətinin 2010-cu ilin yekunları ilə bağlı keçirilən müşavirədə nəzərdə tutulan reallaşdırılmış tədbirlər, miqrasiya sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi aktların yeni qəbul edilən qanunvericilik aktlarına uyğunlaşdırılması istiqamətində görülən işlər, daxili və xarici miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində keçirilən tədbirlər barədə geniş məlumat verildi.
Müşavirədə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov bildirdi ki, hesabat dövründə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələr Dövlət Miqrasiya Xidməti tərəfindən icra olunmuş, "2010-cu il üzrə Perspektiv iş Planın"da nəzərdə tutulmuş tədbirlər reallaşdırılıb, miqrasiya sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi aktların yeni qəbul edilən qanunvericilik aktlarına uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülüb, daxili və xarici miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində keçirilən tədbirlərdə ölkənin mövqeyi təmin olunubdur.
A.Rəhimov onu da vurğulayıb ki, ölkə Prezidentinin 4 iyun 2010-cu il tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi haqqında" Əsasnamənin müddəalarından irəli gələn məsələlərin həll edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib: "Həmçinin, Vahid Miqrasiya Məlumat Sistemi də (VMMS) ölkədə fəaliyyətdə olan digər sistemlərlə inteqrasiyası tam təmin edilibdir. Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələr genişləndirilib, iki və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilibdir. Beynəlxalq təşkilatların və xarici ölkələrin müvafiq qurumlarının fəaliyyəti barədə təcrübə mübadiləsinin aparılması, miqrasiya proseslərinin tənzimlənməsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması məqsədilə keçirilən tədbirlərdə xidmət əməkdaşlarının iştirakı təmin olunubdur".
A.Rəhimov miqrasiya idarəetmə sisteminin təkmilləşdirilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması ilə bağlı məsələyə toxunaraq, bildirdi ki, bu məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xaçmaz şəhərində regional miqrasiya idarəsinin, Bakı şəhər Regional Miqrasiya İdarəsinin Sərhəd Buraxılış Məntəqələrində miqrasiya şöbəsinin (Hava Limanı) fəaliyyətləri təmin edilibdir. Hazırda Bakı və Yevlax şəhərlərində qanunsuz miqrantların saxlanılması mərkəzlərinin inşasında tamamlama işləri aparılır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinin idarəolunması və bu sahədə olan problemlərin aradan qaldırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərmiş və aidiyyəti dövlət qurumları ilə miqrasiya sahəsində informasiya mübadiləsi aparmışdır: "Miqrasiya sahəsində baş verən yeniliklərin və mühüm tədbirlərin ictimaiyyətə çatdırılması işində operativlik əsas tutulmaqla, bir sıra işlər həyata keçirilibdir. Miqrasiya məsələləri ilə bağlı ətraflı informasiya əldə etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə, Azərbaycan vətəndaşlarının məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə mətbuat üçün açıqlamalar, bəyanatlar və press-relizlər hazırlanmış, dəyirmi masalar, mətbuat konfransları təşkil olunubdur. Miqrasiya Məlumat Mərkəzi (919) 3 dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyətə başlamış və rəsmi internet səhifəsi təkmilləşdirilib. Hazırda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya siyasətinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində mövcud qanunvericiliyin tələbləri rəhbər tutulmaqla müvafiq tədbirlər davam etdirilir".

Digər xəbərlər