PDF Oxu

Sosial

  • 20

İRANIN MOLLA REJİMİ AZƏRBAYCAN XALQINDAN ÜZR İSTƏMƏLİDİR!

İRANIN MOLLA REJİMİ AZƏRBAYCAN XALQINDAN ÜZR İSTƏMƏLİDİR!

İranın qatı fars şovinizmi son zamanlar ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir. Artıq 20 ilə yaxındar ki, qonuşuluğunda Azərbaycan kimi güclü bir dövlətin formalaşıb günü-gündən güclənməsini heç bir vəchlə sinirə bilməyən mollabaşıların idarə etdiyi İran şovinistləri bütün imkanlardan istifadə edərək, ölkəmizə qarşı qeyri-obyektiv mövqe sərgiləyirlər. Amma bütün bunlara rəğmən inanırıq ki, fars rejiminin üsul-idarəsi gec də olsa, Azərbaycan dövlətinə qarşı etmiş olduğu səhvlərə görə üzr istəyəcək. Bunu bizimlə həmsöhbət olan siyasi xadimlər, ictimaiyyət nümayəndələri, sıravi vətəndaşlar da təsdiqləyirlər.

ŞAHLAR ƏSGƏROV: "İRAN YANLIŞ SİYASƏTİNİ TƏZƏDƏN ÖLÇÜB-BİÇMƏLİDİR"

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov da son günlər İran dövləti tərəfindən süni şəkildə bir sıra məsələlərin ölkəmizin əleyhinə çevrildiyini vurğuladı. Bildirdi ki, gərək İran dövləti xalqlarımız arasındakı tarixi bağlılıqları nəzərə alıb, bu cür səhvlərə yol verməyəydi: "Azərbaycan müsəlman ölkəsidir və torpaqlarımızı zəbt etmiş ölkə olan Ermənistan isə xristian dövlətidir. Amma İran onlara sanki bir qardaş kimi, bizə isə tamam əks münasibət bəsləyir. Ona görə də, güman edirəm ki, bu, səhv bir siyasətdir. Bu baxımdan da, İran bu siyasətini təzədən ölçüb-biçməlidir. Eyni zamanda, buradan da aydın olur ki, İran bir dövlət kimi nə dostunu, nə də ki, düşmənini tanımır". Ş.Əsgərov İran kimi ölkədə dinin siyasətə bu dərəcədə müdaxilə etməsinin də yanlış bir seçim olduğunu vurğuladı. Çünki dinin əsasında siyasətin qurulmasının İran üçün gələcəkdə müəyyən problemlər yaradacağını bildirən Ş.Əsgərov hazırda bu ölkənin problemlər məngənəsində sıxıldığını da diqqətə çatdırdı. Ş.Əsgərov, eyni zamanda, İranda görüntü naminə atılan bir sıra addımların da artıq iflasa uğradığını dilə gətirdi. "Bu gün İranda klerikalizasiya siyasətinin, yəni dinin dövləti iradə etdiyini hər kəs çox gözəl bilir. Bu isə, İranın daxili durumunun gərginləşməsi üçün yeni problemlərin yaranması deməkdir".

BAKI ŞƏHƏR SAKİNİ TEYMUR HÜSEYNOV: "AZƏRBAYCAN CƏMİYYƏTİNİN HƏM ZİYALI TƏBƏQƏSİNİN NÜMAYƏNDƏLƏRİ, HƏM DƏ İCTİMAİYYƏTİN GENİŞ İMKANLARI VAR Kİ, İRANI LAYİQ OLDUĞU YERDƏ OTUZDURA BİLSİN"

Bakı şəhər sakini Teymur Hüseynov İranın həmişə Azərbaycana qarşı xəyanətkarlıq etdiyini qeyd etdi. Bildirdi ki, Azərbaycan cəmiyyətinin həm ziyalı təbəqəsinin nümayəndələrinin, həm də ictimaiyyətin geniş imkanları var ki, İranı layiq olduğu yerdə otuzdura bilsin. İrana öz yerini göstərmədikdə digər uyğunsuz hərəkətlərə yol verir" deyən şəhər sakini xalqımızın öz dövləti ətrafında sıx birləşdiyini və kənardan heç bir qüvvənin ona təsir etmək imkanında olmadığın da dilə gətirdi.

BAKI ŞƏHƏR SAKİNİ SƏLİM GÜLVERDİYEV: "İRAN KİMİ DÖVLƏTLƏR HEÇ VAXT MƏKRLİ NİYYƏTLƏRİNƏ ÇATMAYACAQLAR"

Digər paytaxt sakini Səlim Gülverdiyev də İranın öz dərdinə qalmasını məsləhət gördü. Bildirdi ki, Azərbaycan gənc müstəqil bir dövlət kimi özünün inkişaf yolunda heç bir ölkənin maraqlarını tapdalamadan irəliləyir. "Amma görünür, dövlətimizin güclənməsi, xalqımızın öz maraqları naminə birlik nümayiş etdirməsi İranın narahatçılığına səbəb olur" - deyən S.Gülverdiyev İran kimi dövlətlərin heç vaxt məkrli niyyətlərinə çatmayacaqlarını da söylədi.

CÜMŞÜD NURİYEV: "İRAN HEÇ VAXT QƏBUL EDƏ BİLMİR Kİ, 20 İLƏ YAXIN MÜSTƏQİLLİYİ OLAN AZƏRBAYCAN ARTIQ DÜNYANIN FAVORİT DÖVLƏTLƏRİNDƏN BİRİNƏ ÇEVRİLİR"

Politoloq Cümşüd Nuriyev isə İranın Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətə yol verdiyini vurğuladı. Qeyd etdi ki, ilk dəfə hələ 1605-ci ildə ermənilərə də İranda yer veriblər: "Doğrudur, orada həmin yeri Nadir şah vermişdi. Amma bütün hallarda Şah Abbasın, Nadir şahın və digərlərinin vaxtında bunlar Azərbaycana qarşı həmişə xəyanət yolu tutublar. İranın son zamanlar Azərbaycana qarşı tutduğu mövqenin tarixi kökləri ilə bərabər, həm də bir qısqanclıq məsələsi gündəmdədir. Çünki İran heç vaxt qəbul edə bilmir ki, 20 ilə yaxın müstəqilliyi olan Azərbaycan artıq dünyanın favorit dövlətlərindən birinə çevrilir. Zaman-zaman İranın dövlətçilik tarixini qoruyub saxlamış Azərbaycan türkləri indi ermənilərin ayağına verilir. Hal-hazırkı İran rəhbərliyi farsbaşlı azərilərdir. Bir faktı da qeyd edim ki, 1994-cü ildə indiki İran prezidenti Mahmud Əhmədinejatla Parsabat şəhərində görüşmüşəm. Həmin vaxt M.Əhmədinejad Ərdəbil şəhərinin ostandarı vəzifəsində çalışırdı. Bu baxımdan da, deyə bilərəm ki, onun düşüncə tərzi ilə bizim xalq cəbhəsinin tərzi eynilik təşkil edir. Onu da qeyd edim ki, Azərbaycana qarşı İranın qərəzli mövqeyinin arxasında dövlət rəhbərliyi dayanır"- C.Nuriyev onu da bildirdi ki, burada başlıca məqsədin Azərbaycanın mövqeyi ilə yanaşı, yürütdüyü siyasəti qısqanmaqdan ibarət olduğunu da diqqətə çatdırdı. Politoloq onu da əlavə etdi ki, Azərbaycanda da mövcud olan bəzi yarımağıllı siyasətçilər də zaman-zaman İranın dəyirmanına su tökməklə məşğul olublar: "Hazırda Tehranın mərkəzində erməni dilində böyük bir məktəb fəaliyyət göstərir. Amma 35-40 milyonluq azəri türklərinin doğma dillərində uşaq bağçası belə mövcud deyil. Bu isə İranın Azərbaycanın acığına hansı əməllərə yol verdiyini bir daha açıq göstərir. Tarixə nəzər salsaq, görərik ki, I Daranın zamanından bu günə qədər farsların erməni sevgisi hələ də davam edir. Məhz bu gün Tehranın mərkəzi küçələrinin birində erməni şirkətlərinin kişmiş arağı satması da molla rejiminin ermənilərə qarşı nə dərəcədə loyal siyasət yürütdüyünü nümayiş etdirir".

BAKI ŞƏHƏR SAKİNLƏRİ İRANIN ÖLKƏMİZƏ QARŞI MƏKRLİ NİYYƏTİNİ PİSLƏYİRLƏR

Paytaxt sakinləri və şəhərimizdə qonaq olan region nümayəndələri ilə söhbətimizdə də, onlar İran dövləti tərəfindən tarixin bütün məqamlarında olduğu kimi, bu gün də böyük haqsızlığın edildiyini bildirdilər.

BAKI ŞƏHƏR SAKİNİ ATAMALI HÜSEYNOV: "İRANIN FARS MOLLA REJİMİ AZƏRBAYCANA QARŞI XƏYANƏTİNƏ GÖRƏ ÜZR İSTƏMƏLİDİR"

Bakı şəhər sakini Atamalı Hüseynov bir vətəndaş kimi xarici ölkələrin ölkəmizə qarşı iki mövqedən yanaşmasını pisləyərək, qonşu İranın da bu sırada yer almasından təəssüf hissi keçirdiyini bildirdi. Qeyd etdi ki, İran bir müsəlman ölkəsi kimi üzdə özünü humanist göstərsə də, birmənalı şəkildə bizimlə düşmən olan Ermənistana dəstək olur. Fars molla ölkəsindən bundan başqa bir addım gözləməyin də sadəlövhlük olduğunu bildirən A.Hüseynov Azərbaycan cəmiyyətinin ölkəmizə qarşı kənar qüvvələrin qeyri-adekvat addımını pislədiyini vurğuladı.

Digər xəbərlər