PDF Oxu

Sosial

  • 18

Ehtiyacı olan jurnalistlər evlə təmin ediləcək

Ehtiyacı olan jurnalistlər evlə təmin ediləcək

Bəlli olduğu kimi, mətbuat işçiləri üçün tikiləcək binaların yeri artıq KİVDF tərəfindən müəyyənləşdirilib və müvafiq binaların layihələndirilməsinə başlanılıb. Bu, mənzillərin ehtiyacı olan jurnalistlərə hansı meyarlar əsasında paylanması ilə bağlı geniş müzakirələrə yol açıb. Məsələyə münasibət bildirən mətbuat nümayəndələri KİVDF-nin müraciətini gözlədiklərini və redaksiyadaxili müzakirələr əsasında müvafiq qərar qəbul edəcəklərini vurğulayırlar.
Aydın Quliyev,
"Bakı Xəbər" qəzetinin baş redaktoru:

- Hələ ki, bu müraciətin qaydaları rəsmən elan olunmayıb. Amma ümid edirəm ki, hər bir qəzet redaksiyasında işləyən və evə ehtiyacı olduğunu düşünən jurnalist dövlət orqanına, fonda mənzillə bağlı özü fərdi qaydada müraciət etsə, daha yaxşı olar. Bir mətbuat işçisi olaraq, bu varianta üstünlük verirəm.
Nəzərdə saxlayaq ki, jurnalistlərin mənzillə təmin olunması, Azərbaycanda dövlət idarəçiliyi, mətbuat-dövlət münasibətləri sahəsində ilk təcrübədir. Bildiyim qədər, dünyanın heç bir ölkəsində də dövlətin mətbuat işçilərinə ev verməsi praktikası yoxdur. Bu, Azərbaycanda ilk təcrübə olduğuna görə, sözsüz ki, onun nəticələri hamını tam şəkildə razı salmayacaq. Bu proses davam etdikcə, jurnalistlərin mənzillə təmin olunması mexanizmi daha da təkmilləşəcəkdir. İndiki şəraitdə hökumət və KİVDF mümkün qədər, yüksək səviyyədə çalışacaq ki, obyektivlik qorunsun. Hazırda jurnalistlərin mənzilə olan tələbatının uyğun səviyyədə həyata keçirilməsi ilə bağlı mexanizmlər, üsullar axtarılır.

Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:

- Fondun məsələ ilə bağlı hər hansı şəkildə qərarı olmadığı üçün, biz hələ ki, çətinlik çəkirik. Gözləməliyik ki, bununla bağlı fondun müraciəti olsun ki, hansı qayda ərizələr ünvanlanacaq. Ondan sonra biz bu haqda düşünərik. Fikrimcə, elə də olacaq. Çünki burada həm iqtidar, həm müxalifət, həm də müstəqil qəzetlərin jurnalistləri kifayət qədər, ədalətli mövqeyə rast gələcəklər. Ümumiyyətlə, jurnalistlərə paylanacaq evlər, bütövlükdə, KİV-lərin sosial şəraitlərinin yaxşılaşdırılması üçündür. Hesab edirəm ki, həqiqətən də, evə ehtiyacı olan jurnalistlər bu yardımdan bəhrələnəcəkdir.

Digər xəbərlər