PDF Oxu

Sosial

  • 12

“Cari ildə də internet qiymətlərinin aşağı düşməsi gözləniləndir”

“Cari ildə də internet qiymətlərinin aşağı düşməsi gözləniləndir”
"İnternet istifadəçilərinin sayı artdıqca, onun sürəti, beynəlxalq şəbəkədaxili resursları artır, çoxsaylı internet platformasının genişləndirilməsi tələb olunur". Bu sözləri SİA-ya Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Xankişi Kişiyev açıqlamasında deyib. O bildirib ki, hər il olduğu kimi cari ildə də internet istifadəçilərin sayı artdıqca, genişzolaqlı internet xidmətlərinin qiymətlərinin aşağı düşməsi gözlənilir: "Hazırda təklif etdiyimiz genişzolaqlı internet xidmətlərinin qiyməti demək olar ki, Şərqi Avropa qiymətlərinə bərabərdir. Əlbəttə biz çalışırıq ki, internet istifadəçilərinin sayı, kontingent, resurslar artdıqca qiymətlər aşağı düşsün. Bu il də qiymətlərin aşağı düşməsi gözləniləndir. İnternet qiymətləri liberal olduğuna görə biz onların qiymətlərini aşağı salırıq. O ki qaldı telefon və və digər rabitə xidmətlərinin qiymətlərinə onlar Tarif Şurası tərəfindən təyin edilir. Çalışırıq ki, tarif, qiymətlər maya dəyərinə uyğunlaşdırılsın. Yəni qiymətlər istifadəçilərə təqdim edilən xidmətlərinin maya dəyərinə uyğun olsun. Bir onu deyə bilərəm ki, hazırda telefon rabitəsində istifadəçilərin telefondan istifadə etməsinə dair müqavilə haqqı onun maya dəyərindən çox-çox aşağıdır". Sürətli internet istifadəçilərinin sayına da toxunan sədr müavini söyləyib ki, sürətli internet istifadəçilərinin sayı adi telefon istifadəçiləri kimi deyil. Onun sözlərinə görə, telefon şəbəkədə interaktiv, genişzolaqlı internet isə lazım olduqda istifadə olunduğuna görə interaktiv deyil. O qeyd edib ki, ümumilikdə Bakı şəhərində yerləşən idarə müəssisələr, əhalinin də 60 faizi geniş zolaqlı internetə qoşulmaq imkanına malikdir.

Digər xəbərlər