PDF Oxu

Sosial

  • 18

2010-cu il Azərbaycan mətbuatı üçün əlamətdar olub

2010-cu il Azərbaycan mətbuatı üçün əlamətdar olub

Bəlli olduğu kimi, ötən 2010-cu il bir çox cəhətdən KİV üçün əlamətdar olub. Bu dövrdə Azərbaycan mətbuatının 135 illiyi qeyd edilib və 100-dən çox KİV təmsilçisi müxtəlif mükafatlara layiq görülüb. Görəsən, 2010-cu ilin yekunlarını Azərbaycan mətbuatının nümayəndələri necə qiymətləndirirlər? Ötən il jurnalistlər üçün hansı əlamətdar və uğurlu nəticələr ilə yaddaqalan oldu? 2011-cu ildə media mənsublarının mətbuat üçün gözləntiləri nədən ibarətdir? Bu suallarla mətbuat nümayəndələrinə müraciət etdik.

Nigar Almanqızı "Mərkəz" qəzetinin baş redaktoru:

- 2010-cu il Azərbaycan mətbuatı üçün ən uğurlu və yaddaqalan il oldu. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün böyük məbləğdə maliyyə vəsaiti ayrıldı. Ayrılan bu vəsaitlə jurnalistlərin mənzillə təmin olunması, hesab edirəm ki, çox sevindirici haldır. Ümumiyyətlə, hər zaman dövlət tərəfindən mətbuatımıza diqqət və qayğı çox yüksək səviyyədə olub. Bu mənada geridə qoyduğumuz 2010-cu ili uğurlu il hesab edirəm.
Düşünürəm ki, 2010-ci ildə Azərbaycan mətbuatına olan diqqət və qayğı, ayrılan maliyyə yardımları və mətbuatımızın daha da yaxşı inkişaf edilməsi üçün atılmış bütün addımlar 2011 və 2012-ci illərdə də davam edəcək və öz layiqli bəhrəsini verəcək.

Vəli Vəliyev "Səs" İnformasiya Agentliyinin
icraçı direktoru:

- Azərbaycan mətbuatı cəmiyyətin aktiv bir sahəsi olduğu üçün, ölkədə baş verən bütün inkişaf və uğurlar mətbuat sahəsindən də yan keçməyib. 2010-cu ildə Azərbaycan mətbuatının 135 illik yubileyi çox yüksək səviyyədə qeyd olundu. 135 illik tarixi ərzində mətbuatımız böyük uğurlar əldə edib. Prezident İlham Əliyevin mətbuatın inkişafı ilə bağlı atdığı bütün addımlar sayəsində Azərbaycan mətbuatı indiyə qədər hiss etmədiyi qayğı ilə əhatə olunub. Bəlli olduğu kimi, ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat vəsait ayrılıb. Təbii ki, ayrılan maliyyə vəsaiti jurnalistlərin mənzillə təmin edilməsinə zəmin yaradır. Prezidentin mətbuat işçiləri üçün imzaladığı Sərəncam jurnalistlərin ən böyük arzusunu reallığa çevirdi. Bir məsələni də qeyd etmək istəyirəm ki, Azərbaycanda digər sahələr çox yüksək səviyyədə inkişaf etsə də, təəssüflər olsun ki, mətbuatda reklam bazarı ölkəmizdə kifayət qədər formalaşmayıb. Reklam bazarının formalaşması üçün mətbuat nümayəndələri bu məsələdə fəallıq və səmərəli təşəbbüskarlıq göstərməlidir. Eyni zamanda, sahibkarlar, ayrı-ayrı müəssisələrin rəhbərləri bu məsələdə maraqlı olmalıdılar. Yəni, mətbuatın reklam bazarı müvafiq müəssələrlə qarşılıqlı əlaqədə formalaşmalı və inkişaf etməlidir. Televiziyalarda reklam bazarı, müəyyən qədər olsa da, formalaşıb. Yazılı və elektron mətbuatda bu, hələ öz yerini tutmayıb.
2011-ci ilin başlanğıcında isə uğurlu məqamlardan biri kimi, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən redaksiyalar və jurnalistlərin maliyyə vəsaiti ilə təminatı məsələsində aktivləşmənin hiss olunmasıdır. Yəni ötən 2010-cu ilə nisbətən bu 2011-ci ildə tam təkmilləşəcək. 2010-cu ildə müsabiqələrin sayı artırıldı və redaksiyalar isə kifayət qədər böyük vəsait əldə etdilər. Verilən məlumata görə, bununla bağlı KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən iki milyon dörd yüz min manat maliyyə vəsaiti ayrılıb. Bu vəsait ayrılıbsa, deməli, 2011-ci ildə sözügedən müsabiqələrin sayı daha artıq olacaq, jurnalist təşkilatlarına və redaksiyalara daha çox vəsait ayrılacaq. Bir sözlə, bütün bunların hamısı bizim gələcəkdə uğur əldə etməyimiz üçün bir stimul yaradır. Ümumiyyətlə, Prezident İlham Əliyev mətbuatın yüksək səviyyədə inkişaf etməsi üçün hər cür şərait yaradıb. İnşallah, 2011-ci il Azərbaycan mətbuatı üçün uğurlu və düşərli olacaq.

Sevinc Seyidova
"Həftə içi" qəzetinin baş redaktoru:

- Hesab edirəm ki, ötən il, bütün Azərbaycan mətbuatı üçün uğurlu olub. Xüsusilə, mətbuatın 135 illiyi ilə bağlı cənab Prezidentin verdiyi sərəncamlar Azərbaycan mətbuatına göstərilən ən yüksək diqqət və qayğının bariz nümunəsidir. Jurnalistlərin maddi vəziyyətinin yaxşılaşıdırılması və peşəkarlığının artırılması üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqələr, həmçinin fond tərəfindən redaksiyalara birdəfəlik yardımların edilməsi bütün mətbuat vasitələri tərəfindən yüksək dəyrləndirildi.
2010-cu ili "Həftə içi" qəzeti üçün də xüsusi olaraq uğurlu hesab edirəm. Ötən il ərzində redaksiyamızın bir neçə əməkdaşının müxtəlif qurumlar tərəfindən yazı müsabiqələrində, bir nəfər əməkdaşımızın isə KİV-in İnkişafına Dövlət Dəstəyi Fodununun keçirdiyi müasbiqədə qalib olmasını əməkdaşlarımızın uğurlarından saymaq olar. 2010-cu ilin ən uğurlu hadisəsi kimi mətbuatın ölkə başçısı İlham Əliyevi özlərinə qayğıkeş bir insan hesab edərək, Onu "Jurnalistlərin dostu" mükafatına layiq görməsini qeyd etmək istərdim. Prezidentin bu mükafata layiq görülməsi Onun mətbuat sahəsində həyata keçirdiyi siyasətin jurnalistlər tərəfindən səmimi etirafı və qiymətləndirilməsiydi. Doğrudan da, "Mətbuatın inkişafı üçün daha nələri etmək lazımdır?" sualına cavab axtarılarkən Prezidentin verdiyi sərəncamlar göz önünə gəlir. Dövlətin mətbuatla bağlı apardığı siyasət kontekstində "Jurnalistlərin dostu" mükafatı uğrunda keçirilən sorğunun nəticəsi tamamilə reallığa uyğundur. Bu səbəbdəndir ki, jurnalistlər Prezident İlham Əliyevi özlərinə dost seçməklə Onun bu sahəyə diqqətini yüksək qiymətləndirdilər. Düşünürəm ki, Azərbaycan mətbuatı bu qayğını, diqqəti hər zaman hiss edəcək və uğurlar 2011-ci il də davam etdiriləcək.

Digər xəbərlər