PDF Oxu

Sosial

  • 18

Milli qəhrəman Tofiq Məmmədovun xatirəsi anıldı

Milli qəhrəman Tofiq Məmmədovun xatirəsi anıldı
Səbail rayonu 239 saylı orta məktəbdə milli qəhrəman Tofiq Məmmədovun anma mərasimi keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Sədaqət Əzimova açaraq, bir dəqiqəlik sükutla şəhidin xatirəsi yad olundu.
Sədaqət xanım Azərbaycan qəhrəmanlıq tarixində örnək olan T.Məmmədovun keçdiyi şərəfli yola qısa nəzər salıb, onun ölkənin həyatında baş verən siyasi proseslərə laqeyd qalmayaraq Vətən, torpaq yolunda şəhid oluğunu bildirdi. O, qeyd etdi ki, vaxtilə bu məktəbdə dərs alan və bu gün şəhid kimi xalq tərəfindən anılan Tofiqin vətənpərvərlik ruhunda böyüməsində ona dərs deyən müəllimlərinin də rolu var və bu gün onun valideynlər ilə yanaşı, məhz həmin müəllimləri də mənən qürurlanmağa haqlıdırlar. Şəhidlik zirvəsinə yüksələn Tofiq yeniyetmələrə bir örnəkdir. Onun keçdiyi şərəfli yol öyrənilməli, gənclər arasında belə mahiyyət kəsb edən, vətənpərvərlik ruhu aşılayan tədbirlərinin keçirilməsinin əhəmiyyətini də qeyd etdi.
Sədaqət xanım belə övlad yetirmiş anaya - Bədircahan xanıma dərin minnətdarlığını bildirdi. O da qeyd olundu ki, bu gün qəhrəmanın adını daşıyan məktəbdə Tofiqin övladları da oxumuşdular.
İştirakçılara Tofiq Məmmədova həsr olunmuş film təqdim olundu. Filmdə onun keçdiyi uşaqlıq və gənclik illəri öz əksini tapmışdır. Tədbirdə onun könüllülər dəstəsi ilə döyüş bölgəsinə yola düşməsi, onun keçdiyi cəbhə yolu ilə bağlı məlumat da verildi. Tofiq cəbhəyə könüllü yola düşsə də, bu yolun tarixi uzun çəkməmiş, erməni təcavüzünə tuş gəlmişdir. Belə ki, o, dekabrın 28-də Kərkicahanda gedən döyüşlərdə 20-dən artıq erməni əsgərini öldürərək, qəhrəmanlıqla həlak olmuşdur. Son vəsiyyətində belə yazırdı:"Vətən uğrunda ölmək həm asan, həm də şərəflidir."
Deyilənə görə hər dəfə günahsız insanların elan olunmamış müharibədə həlak olduğunu görüncə, özünə bunu ar hesab edirmiş. Bu onun milli mənini dərk etməsindən, vətəndaşlıq mövqeyindən irəli gələn dəyərdir ki, onu ən ali bir rütbəyə - şəhidlik zirvəsinə yüksəltdi.
Təbdirdə Tofiq Məmmədovla birgə döyüş yolu keçmiş silahdaşları da çıxış etdilər. Qeyd olundu ki, o, əsil Azərbaycan oğuluna xas olan mətanət, əzm, iradə ilə döyüş meydanına atılıb ərənliyini son anadək nümayiş etdirdi.
Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Fazilə Əhmədli tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olundu.

Digər xəbərlər