PDF Oxu

Sosial

  • 12

Nyu-Yorkda Azərbaycana həsr edilən veriliş yayımlanıb

Nyu-Yorkda Azərbaycana həsr edilən veriliş yayımlanıb
ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən "Davidzon Radio"nun sahibi, rus dilində yayımlanan "Otkritie territorii" verilişinin müəllifi Qreqori Davidzon Azərbaycana həsr edilən proqram hazırlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, proqrama Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev, soydaşlarımız Nyu-Yorkda fəaliyyət göstərən "Meridian İnternational Media" şirkətinin rəhbəri Pərvanə Abbaspur və "Azerbaijan Review" qəzetinin müxbiri Azek Əliyev qonaq qismində dəvət olunublar. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində səslənən verilişdəki Azərbaycan Respublikasının bugünkü uğurları, dövlətimizin diaspor siyasəti, dövlətlə diaspor təşkilatları arasındakı əlaqə və əməkdaşlıq, eləcə də, ABŞ-da yaşayan soydaşlarımız və s. barədə danışılıb. Qonaqlar canlı efirdə aparıcının və dinləyicilərin suallarına cavab veriblər. Sonda səfir Aqşin Mehdiyev "Davidzon Radio"ya dəvətə görə təşəkkür edib və soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Proqramın aparıcısı və müəllifi Qreqori Davidzon gələcəkdə də Azərbaycanla bağlı mövzulara efir vaxtı ayıracağını deyib.

Digər xəbərlər