PDF Oxu

Sosial

  • 12

"Kollektiv Təhlükəsizlik Müqaviləsi" dövlətləri Azərbaycanın işinə qarışa bilməz

"Kollektiv Təhlükəsizlik Müqaviləsi" dövlətləri Azərbaycanın işinə qarışa bilməz
Məlum olduğu kimi, "Kollektiv Təhlükəsizlik Müqaviləsi"nin rusiyalı təmsilçisi müdafiə xərclərinin ilbəil artması ilə bağlı narahatlığını bildirib. Məsələ ilə əlaqədar tanınmış politoloq Cümşüd Nuriyevlə söhbət etdik. O bildirdi ki, Azərbaycan hər hansı şəxsi bəyanatlarla, qərarla oturub-duran dövlət deyil və bu fikir Badyujanın ermənipərəst mövqeyini əks etdirir: "Nikolay Badyuja vaxtilə Rusiya Sərhəd Xidmətinin rəisi idi.
O, uzun müddət təhlükəsizlik orqanlarında işləyib. Belə bir adamın özünü çox sadəlövhlüklə təqdim etməklə şərh verməsi anlaşılan deyil. Badyuja çox gözəl bilir ki, Azərbaycan büdcəsi Azərbaycan xalqının, dövlətinin mövqeyini əks etdirir. Yəni Azərbaycan bu məsələdə məsləhətləşəsi deyil, bu, Azərbaycanın daxili işidir. Azərbaycan istəsə dövlət büdcəsindən müdafiə xərcləri üçün bir o qədər də ayıra bilər. Əvvəla, bu, Azərbaycan üçün başadüşüləndir. Çünki Azərbaycanın torpaqları işğal olunub, ərazi bütövlüyü məsələsi gündəmdədir. İkincisi, Azərbaycan nəinki bölgədə, dünyada inkişaf edən ölkələrdən biridir. Azərbaycan o qədər qüdrətli dövlətdir ki, hətta öz dövlət büdcəsi ilə 4 il özünü saxlaya bilər. Dünyada belə dövlətlər barmaqla sayılacaq qədərdir, 4-5 belə dövlət vardır. Azərbaycan dövlət büdcəsinin beşdə birini, yəni 20 faizini müdafiə xərclərinə ayıra bilər. Bu da, Nalbandyanın sayıqladığı kimi, ümumdaxili məhsulun 20 faizi deyil, 8 faiz təşkil edir. Bundan başqa, Azərbaycan özünün müdafiə qüdrətini artırır. Azərbaycan müharibədən daha çox, özünün müdafiə və ərazisinin separatizmindən təmizləmək üçün bu məsələni gündəmə gətirir. Badyuja ermənilərin fitnəsi ilə oturub-durur. Rusiya dövləti birmənalı şəkildə "Kollektiv Təhlükəsizlik Müqaviləsi"nə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı hər hansı hərbi addım atsa, Rusiya buna qarışmayacağını bəyan etdi. Eyni zamanda, Rusiya buna qarışa da bilməz. Çünki "Kollektiv Təhlükəsizlik" haqqında nizamnamənin 3-cü bəndində konkret göstərir ki, bu qurum daha çox sərhədyanı bizneslə, silah alveri və beynəlxalq terrorizmlə mübarizə aparmaq üçün yaradılan qurumdur. Nizamnamənin 7-ci maddəsinə görə, bu, daha çox həmin dövlətlərin ərazisinə hər hansı bir kənar müdaxilə olarsa həyata keçirilir. Azərbaycan nə 3-cü, nə də 7-ci maddəni pozur. Badyuja dediklərinə nə qədər hüquqi don geyindirməyə çalışır. O, ya çox savadsızdır, ya da ermənilərin fitnəsi ilə hərəkət edir. Mən ona məsləhət görərdim ki, rəhbərlik etdiyi qurumun nizamnaməsini oxusun. Rusiya kimi qüdrətli bir dövlətin təmsilçisinin belə savadsız açıqlamaları Rusiyaya şərəf gətirmir. Həmin bu Bodyuja Rusiya Sərhəd Xidmətinin rəisi olanda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir adam idi".
Rusiyanın vaxtilə Ermənistana 1 milyard dollar dəyərində silah-sursat məsələsinə toxunarkən, politoloq Cümşüd Nuriyev qeyd etdi ki, həmin vaxt Azərbaycanla Rusiya arasında münasibətlər gərgin idi: "Məhz 1994-cü ildə Azərbaycan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında "Kollektiv Təhlükəsizlik Müqaviləsi"nə şərtlə girdi və Azərbaycan ərazi bütövlüyü bərpa olunmadığına görə, 1999-cu ildə Azərbaycan birtərəfli şəkildə müqavilədən çıxdı. Yəni Azərbaycan onun tərkibində olub və bu müqavilənin nə olduğunu çox gözəl bilir. Bu Rusiyanın mövqeyi deyil, ola da bilməz. Bu müqaviləyə MDB-nin 7 dövləti qoşulub. Həmin dövlətlər də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdir. Burda Badyujanı dəstəkləyən dövlət Ermənistandır. Yəni Badyujanın verdiyi qərarlar Rusiyanın adından verilə bilməz. Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünün dəstəkləyir. Rusiyanın Azərbaycandakı səfiri Daroxin də dəfələrlə bunu bəyan edib. Cənab Prezident İlham Əliyevlə Astana və Həştərxan görüşlərində də Rusiya bunu bəyan edib. Bu şəxsi bir mövqedir, daha doğrusu, ermənipərəst mövqedir".

Digər xəbərlər