PDF Oxu

Sosial

  • 13

Ermənistanda tənəzzül dövrü yaşanır

Ermənistanda tənəzzül dövrü yaşanır
Ermənistanda vəziyyət günbəgün ağırlaşır, ölkə korrupsiyanın, məmur özbaşınalığının, cəhalətin cəngində məhv olmaqdadır. Ermənistan hakimiyyətində qarşıdurmalar, iqtisadi böhran, əhalinin böyük əksəriyyətinin sosial problemləri dövlətin fəaliyyətini iflic etmişdir. Orduda fərarilik, rüşvət, təhsil ocaqlarının fəaliyyətsizliyi, işsizlik Ermənistanda tez bir zamanda vətəndaş müharibəsinə, hakimiyyətlə xalq arasında qırğınlarla nəticələnən qarşıdurmalara gətirib çıxara bilər.
Ermənistandakı son vəziyyətlə bağlı politoloq Qabil Hüseynli qəzetimizə danışaraq, bildirdi ki, Ermənistan artıq dövlət olaraq funksiyasını bilmir: "Ermənistanda əhali ölkəni tərk edir. Ölkədə daha çox yaşlı əhali, qadınlar, əlillər yaşayırlar. İqtisadiyyatı çalışmayan, xaricdən gələn gəlirlərlə büdcəsini formalaşdıran Ermənistan, təbii ki, bu fəsadlarla üzləşməlidir. Ümumdünya Bankının verdiyi məlumata görə postsovet məkanında ən az maaş Ermənistan və Tacikistandadır. Bu səbəbdən də əhalinin maddi vəziyyəti, dolanışıq vəziyyəti günü-gündən pisləşməkdədir. Ölkədə ağır ruhi, psixoloji vəziyyət hökm sürür. Xalqla hakimiyyətdə olanlar arasında dərin uçurum yaradıbdır və bu, düşmənçilik müstəvisinə keçib. Düzdür, Ermənistanda tez-tez mitinqlər keçirilir. Lakin bunların hakimiyyətə təsir etmək gücü yoxdur. Ermənistanda həyata keçirilən son illərdəki hakimiyyət dəyişiklikləri Rusiyanın iradəsi daxilində baş verib. Ermənistan hakimiyyəti Rusiyanın maraqlarını təmin edir. Ona görə də əhali arasındakı narazılıqlar, müxalifətin aksiyaları Ermənistanda hakimiyyəti dəyişə biləcək amil deyil. Ölkənin silahlı qüvvələrinin saxlanılmasında və onun problemlərinin həll olunmasında Rusiya çox fəal surətdə iştirak edir. Rusiya Ermənistana dəfələrlə əvəzsiz silahlar bağışlayıb və bu proses davam etməkdədir. Rusiyanın Ermənistanda bir neçə hərbi bazası var. Bu bazaların icarə xərcləri cüzi məbləğdə Ermənistan büdcəsinə daxil olur. Eyni zamanda, bu bazalardan Ermənistanın təhlükəsizliyinin qorunmasında qorxu aləti kimi istifadə edilir. Bütövlükdə, "Ermənistanı müstəqil bir respublika kimi təsəvvür etmək çətindir. Ermənistan daha çox Rusiyanın quberniyalarından birinə bənzəyir. Ölkənin daxili, xüsusilə də, xarici siyasəti Moskva tərəfindən müəyyənləşdirilir. NATO-nun zirvə toplantısı keçirildi. Bu toplantıya Ermənistan Moskvanın göstərişi ilə qatılmadı..
Ümumilikdə, regionda belə bir vəziyyətin olması Rusiyanın strateji məqsədlərinə uyğundur. O ki qaldı Ermənistana o, sadəcə, fəaliyyətsiz bir dövlətdir."
Politoloq Cümşüd Nuriyev qeyd etdi ki, son on ildə Ermənistanı 1 milyon əhali tərk edib: "İlk növbədə, onu demək lazımdır ki, Ermənistan prezidenti Serj Sarkisyan siyasətçi deyil, o adi santexnikdir. Ermənistan dövlət deyil, sadəcə, tapşırıq icraçısıdır. Ermənistan Rusiyanın əyaləti kimi idarə olunur. Rusiya Ermənistandan istifadə edir və çox təəssüf ki, İran da onların yardımçısıdır. Ermənistan müxtəlif adlar altında başqa dövlətlərdən pul dilənir. Bu, onların qanından irəli gəlir. Ermənistan əldə etdiyi gəlirləri daha çox hərbi sahəyə yönəltdi.
Bu isə ölkədə sosial problemləri yaratdı. Orduda fərarilik baş alıb gedir, rüşvətxorluq və korrupsiya ən yüksək səviyyədədir. Köçəryan-Sarkisyan dueti Ermənistanın bütün var-dövlətinə əl qoyub. Əhalinin güzəranı günbəgün pisləşir, buna görə də hakimiyyətlə xalq arasında dərin uçurum yaranıb. Bütün narazılıqlar Sarkisyanın əleyhinədir. O isə ətraf rayonları işğal altında saxlamaqla, vəziyyətdən çıxmağa çalışır. Ermənistanda torpağı əkmək üçün adam yoxdur, çünki Ermənistanda əhali sürətlə azalıb. Hal-hazırda Ermənistanda 1 milyon 500 min əhali qalıb. Həm də Ermənistanda sürətli qocalma gedir. Ermənistan hakimiyyətini də qorxudan odur ki, işğal etdiyi ərazilərə köçürməyə adam yoxdur.
Bu yaxınlarda biz İqdır ərazisində olduq, Ermənistan kənd və qəsəbəsini uzaqdan seyr etdik. Şahidi olduq ki, burada artıq sürətlə boşalma prosesi gedir. Çox kəndlər artıq boşalmaq üzrədir. Yəni Ermənistanın hal-hazırda durumu budur. Bütün bu işlər Ermənistanı böyük borca və özünütəcrid vəziyyətə salıb. Başqa tərəfdən Ermənistan özü də gücsüzlüyünü dərk edir, ona görə də nə edəcəyini bilmir.
Ermənistana heç bir dövlət kredit vermir. Yəni Ermənistandakı durum həddindən artıq acınacaqlı olduğuna görə, erməni siyasi partiyalarının qarşı-qarşıya durduğu bir vaxtda T.Petrosyan milli kölgə hökuməti qurub. Sarkisyan hökumətinin istefa ilə nəticələnməsi ehtimalı çox yüksəkdir. İqtisadi cəhətdən Ermənistan iflasa uğrayıb və siyasi cəhətdən də iflasa uğramaq üzrədir."

Digər xəbərlər