PDF Oxu

Sosial

  • 12

Azərbaycan vətəndaşlarının vicdan azadlığı ən yüksək səviyyədə təmin edilib

Azərbaycan vətəndaşlarının vicdan azadlığı ən yüksək səviyyədə təmin edilib

Son günlər dini məsələlərlə bağlı müəyən qüvvələr tərəfindən qızışdırılan şəxslər hicab və digər predmetləri əsas gətirərək, cəmiyyətdə gərginlik yaratmaq niyyətlərini reallaşdırmağa çalışırlar. Onlar mövcud ictimai sabitliyi pozmaq üçün sanki əllərinə bir fürsət düşmüş kimi davranmağa çalışsalar da, müasir və mütərəqqi düşüncəyə malik oan cəmiyyətimiz bu cür primitiv hallara özünün layiqli qiymətini verməkdədir. Biziimlə həmsöhbət olan ictimai nümayəndələri, aidiyyətı qurumların təmsilçiləri də məsələnin süni şəkildə qabardılmasının arxasında müəyyən maraqların olduğunu dilə gətiriblər. Onsuz da ictimaiyyətin belə məsələlərə heç bir halda münasibətinin müsbət olmadığını bildirən həmsöhbətlərimiz qətiyyətlə bu cür yanaşmaları pisləyiblər.
Salman Suleymanov: "Azərbaycan dünyəvi bir dövlətdir və din dövlətdən ayrıdır"
Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekan müavini Salman Suleymanov "Səs"ə açıqlamasında Azərbaycanın dünyəvi bir dövlət olduğunu və dini məsələlərin ayrı formada öz həllini tapdığını bildirdi. Qeyd etdi ki, Azərbaycan tolerant bir ölkə olmaqla yanaşı, bizdə din dövlətdən ayrıdır. "Ona görə də, orta məktəblərlə hicabın qadağan edilməsi məsələsi rəsmi şəkildə verilmiş qərarla bağlıdır. Amma ali məktəblərdə bu məsələyə toxunulmur. Çünki ali məktəblərlə bu cür hallarla bağlı müəyyən qədər müstəqillik var. Məhz bu səbəbdən də, insanların dini baxımdan bundan narazı qalması doğru seçim deyil. Bir məqamı da vurğulamaq lazımdır ki, müəyyən qüvvələr dini yanaşmaları öz istədikləri səmtə yönəltməklə, bundan sui-istifadə etməyə çalışırlır. Biz bilməliyik ki, Azərbaycanın nə qədər dostu varsa, təəsüf ki, onu istəməyən qüvvələr də mövcuddur. Ona görə də, bu məsələləri qızışdırmaq və onu hər gün gündəmə gətirmək istəyənlər da az deyildir. Amma bizlər ictimaiyyət nümayəndəsi olaraq bu cür uyğunsuzluqların qarşısını almalıyıq. Çünki Allaha məhəbbət, və islam dininə hörmət hər bir insanın öz ürəyində olmalıdır. Əgər insanın ürəyində Allah eşqi varsa, onu təkcə hicabla bağlamağın nə mənası var? Bir zəruri məqamı da vurğulamaq lazımdır ki, din təkcə hicabdan ibarət deyildir. Eyni zamanda, Azərbaycan tolerant bir dövlətdir. İslam dini bu tolerantlığı dəstəklədiyi üçün də, biz bütün dinlərə xoş münasibət bəsləyirik" -deyən S.Suleymanov islam dininin başqa dinləri və onların peyğəmbərlərini də qəbul etdiyini bildirdi.
Saleh Aslanov: "Ölkəmizin Konstitusiyasında göstərilir ki, Azərbaycan dünyəvi bir dövlətdir və hər bir vətəndaşın da borcudur ki, mövcud qanunlarına hörmətlə yanaşsın"
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat katibi Saleh Aslanov bizimlə söhbətində orta məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarı müsbət qiymətləndirdiklərini vurğuladı. Bildirdi ki, hal-hazırda ölkəmizdə bu cür məsələlər qanunla tənzimlənir. Hər kəs də qanunun tələblərinə əməl etməyə borcludur deyən mətbuat katibi dini amillərdən istifadə etməklə müəyyən dərəcədə gərginliyin yaradılmasının yolverilməz bir hal olduğunu da diqqətə çatdırdı. "Amma çox təəssüflə qeyd etməliyik ki, bəzi qüvvələr bu məsələni qanunçuluq müstəvisindən kənara çıxarmağa cəhdlər göstərirlər. Məhz həmin qüvvələr çalışırlar ki, vahid məktəbli forması ilə bağlı qərarı vicdan azadlığına zidd məsələ kimi yozsunlar. Amma bu cür yanaşmaların və məsələlərin vicdan azadlığına heç bir aidiyyətı yoxdur. Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, tolerantlığın ən yüksək səviyyədə tutulduğu bir ölkədir. Ölkəmizin Konstitusiyasında göstərilir ki, Azərbaycan dünyəvi bir dövlətdir və hər bir vətəndaşın borcudur ki, mövcud qanunlarına hörmətlə yanaşsın. Əgər orta məktəblərlə vahid məktəbli forması ilə bağlı qərar varsa, hər bir şagird də buna riayət etməlidir. Burada məsələni başqa bir səmtə yönəltmək də doğru addım hesab olunmur" - deyən S.Aslanov bu cür məsələlərin müəyyən maraqlı dairələrin istəyi ilə gündəmə gətirildiyini də vurğuladı.
Məhəmməd Balayev: "Azyaşlı qızların hicabla məktəbə gəlməsi bizim ictimai gerçəkliklərimizlə ziddiyyət təşkil edir"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Məhəmməd Balayev "Səs" qəzetinə açıqlamasında bildirib ki, elə məsələlər var ki, onları müəyyən ictimai yerlərdə, ali məktəblərlə tədris müəssisələrində, texnikumlarda, liseylərdə tətbiq eləmək olmaz. Ona görə də, azyaşlı qızların hicabla orta məktəblərə gəlməsini bizim ictimai varlığımızla, həyat tərzimizlə uyğun gəlməyən məsələlərdən biri kimi qiymətləndirən professor M.Balayev, ümumiyyətlə, bu cür amilləri ortalığa atmağın da yanlış olduğunu bildirib: "Azərbaycan dünyəvi bir dövlətdir. Ölkəmizdə din dövlətdən tamamilə ayrıdır. Çünki dinin dövlətin işlərinə qarışması mümkün olan məsələ deyil. Eyni zamanda, Konstitusiyamızın müvafiq maddəsində açıq şəkildə dinə münasibətdə vicdan azadlığının təmin edilməsi ilə bağlı prinsiplər öz əksini tapıb. Yəni, ölkəmizdə hər bir vətəndaşa icazə verilir ki, azad şəkildə öz dini etiqadını yerinə yetirsin. Ona görə də, azyaşlı qızların orta məktəbə hicabla getməsi heç bir halda düzgün yanaşma deyildir. Bu baxımdan da, məktəbli qızların dərsə hicabla gəlməsinə qarşı səslənmiş olan mövqe yerində verilmiş bir qərardır. Çünki nəzərə almalıyıq ki, orta məktəb də ictimai bir yerdir. İctimai yerdə isə ətrafa müəyyən təsir göstərmək, insanlarda tamam başqa əhval-ruhiyyə yaratmaq bizim real həyat tərzimizə uyğun gəlmir. Məhz təhsil naziri tərəfindən verilmiş qərar da, Konstitusiyamızla tam uyğunluq təşkil edir. Çünki istənilən bir şagird məktəbə hicabla gəlməklə, ilk növbədə, özünü başqalarından fərqləndirir. Digər tərəfdən isə, o öz geyimi ilə ətrafa heç də yaxşı əhval-ruhuyyə bəxş etmir. Eyni zamanda, şagirdin hicabla dərsə gəlməsi dünyəvi dövlətimizin qayda-qanunları ilə uzlaşmır. Bir məsələni də qeyd edək ki, dini dövlətlərdə bu cür əməlləri yerinə yetirirlərsə də, bu, onların öz işləridir".

Digər xəbərlər