Siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi...
Ölkəmizdə fəaliyyət göstərən bir çox siyasi təşkilatların, partiyaların mövcudluğu Azərbaycanda inkişaf etmiş demokratikləşmənin təzahürüdür.
Siyasi mövqeyindən asılı olmayaraq, ölkə daxilindəki ictimai-siyasi proseslərdə fəaliyyət göstərən partiyaların maliyyə şəffaflıqları onların digər istiqamətdə olan fəaliyyətləri ilə birgə ictimai marağa səbəb olmuşdur. Daha dəqiq desək, siyasi partiyaların maliyyə şəffaflıqları onların hansı prinsiplər əsasında fəaliyyət göstərmələrini də sərgiləmiş olur. Qeyd edək ki, bir sıra hallarda özlərini həqiqi "müxalifət partiyaları" qismində gördüklərini bəyan edən radikal müxalifət mənsubları öz partiyalarının gəlir mənbələrini, maliyyələşdirmələrini həm ictimaiyyətdən, həm də lazımi dövlət qurumlarından gizlədirdilər. Bu isə həmin partiyaların fəaliyyət sistemində gizli, antidövlətçilik məqamlarının varlığına dəlalət edir. Çünki belə olmasa idi, radikal düşərgəyə mənsub siyasi partiyaların maliyyə şəffaflığı ictimaiyyətə açıq şəkildə təqdim olunardı. Bu cür hallar isə ölkədə fəaliyyət göstərən siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsini gündəmə gətirir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, əslində, bu mövzunun yenidən gündəmə gətirilməsi onun tezliklə reallaşmasına şərait yaradır: "Bu barədə qanun layihəsi də hazırlanaraq, parlamentə təqdim olunub. Bildiyimiz kimi, Azərbaycanda da çoxpartiyalı sistemi mövcuddur. Bu, partiyaların bir institut kimi formalaşması baxımından, eyni zamanda, demokratikləşmə baxımından mühüm əhəmiyyət kəsb edir. Burada bir neçə istiqamət vardır və həmin istiqamətlərdən biri də seçki prosesinə söykənir. Əsas hallarda parlament seçkiləri nəzərdə tutulur. Yəni burada partiyaların seçkilərdəki iştirakına hazırlığı, iştirakı və digər məsələlər əsas götürülür. Əgər partiya parlamentdə təmsil olunarsa, o zaman həmin partiyanın parlamentdəki iştirakına görə, maliyyələşmələr həyata keçirilir. Yox, əgər partiya parlamentdən kənar fəaliyyət göstərirsə, onda bu siyasi təşkilatın parlamentdənkənar fəaliyyəti onun maliyyələşməsində rol oynayır. Belə maliyyələşmələr, eyni zamanda, kənardan həmin partiyanın maliyyələşmələrinə müdaxilələrə bir qalxan rolu oynayır. Məhz bu baxımdan, dövlətin sözügedən prosesi reallaşdırması müsbət bir amildir".
Məsələ ilə bağlı münasibətini bildirən politoloq Qabil Hüseynli isə qeyd etdi ki, bu cür addımların dövlət tərəfindən atılması çox vacib bir haldır: "Düşünürəm ki, partiyaların parlamentdəki say kvorumundan asılı olmayaraq, onların hər biri dövlət tərəfindən maliyyələşməlidir. Ümumiyyətlə, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi müsbət haldır",