PDF Oxu

Sosial

  • 11

"Bakı Dövlət Universitetinin yataqxanaları söküləcək"

"Bakı Dövlət Universitetinin yataqxanaları söküləcək"
Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin oradan köçürülməsinə 2011-ci ildə başlanılacaq. Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı, BDU-nun rektoru Abel Məhərrəmov məlumat verib. Rektor bildirib ki, hazırda 7000 tələbəni yerləşdirmək mümkün olan yataqxanalarda yaşayanların 90 faizi qaçqın və məcburi köçkünlərdi. Onun sözlərinə görə, vaxtilə universitetin yataqxanalarını qaçqın-köçkünlər tutduğundan tələbələr yataqxanasız qalıblar, kirayələrdə yaşamağa məcburdurlar. Yataqxanasız isə universitet təsəvvür etmək mümkün deyil. Dünyada yataqxanasız universitet yoxdur. Yataqxana həyatı universitetin bir atributudur. "Ona görə də yataqxanalar tələbələrin ixtiyarına verilməlidir. Prezident İlham Əliyev məcburi köçkünlər üçün evlərin tikilməsi haqda vacib Sərəncam imzalayıb. Bunun üçün vəsait ayrılıb, hazırda tikinti gedir. İlk növbədə BDU-nun yataqxanalarındakı məcburi köçkünlər yeni evlərə köçürüləcək".

Digər xəbərlər