Şura 2011-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan etdi
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirildi. İclasda 2011-ci il üçün Şuranın büdcəsi, 2011-ci ildə QHT-lərin maliyyələşdirilməsi üçün maliyyə yardımı müsabiqəsinin elan edilməsi, eləcə də müsabiqənin mövzuları, şərtləri və müddətlərilə bağlı məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edildi. Şura 2011-ci ildə QHT-lərin maliyyələşdirilməsi üçün maliyyə yardımı müsabiqəsini elan etdi. Elan və sənədlər toplusu ilə Şuranın www.qhtxeber.az və www.cssn.gov.az saytlarında tanış olmaq mümkündür.