PDF Oxu

Sosial

  • 11

"Bu gün gənclər biznes sahəsinə yeni və kreativ ideyalar gətirməlidir"

"Bu gün gənclər biznes sahəsinə yeni və kreativ ideyalar gətirməlidir"
"Bu gün Azərbaycanda gənclərin biznesə kifayət qədər maraqları var. Ancaq biz gənclərdən daha yeni və kreativ ideyalar gözləyirik". Bu sözləri SİA-ya açıqlamasında "İrəli" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı deyib. O bildirib ki, hər bir yeni qurulan biznes yeni bir sahədir və Azərbaycanda isə ənənəvi biznes növləri mövcuddur. Onun sözlərinə görə, müasir zamanda gənclərdən yeni biznes sahələrinin yaradılması, yeni ideyaların verilməsi istiqamətində gözləntilərimiz çoxdur. Əslində bəzən gənclərin xarici investisiyalardan qorxduğunu deyən C.Osmanlı vurğulayıb ki, xarici investiyalardan qorxmaq lazım deyil, çünki hər bir xarici investisiyanın özü bir yenilikdir. "Ona görə də gənclərimiz dünyaya inteqrasiya etməli, invesitisiya mühitimizi həmişə münbit və rəngarəng etməliyik. Necə ki, Azərbaycan bu günə kimi imkanlar dünyası olaraq, xüsusilə də son 10 ildə başqa ölkələrin 100 ilə keçdiyi yolu keçdi. Azərbaycan istər insan inkişafı, istərsə də ölkə inkişafı indeksində təxminən 120-ci yerdən 60-cı yerlərə gəlib çatdı. Ölkəmiz inkişaf etməmiş ölkədən inkişaf etməkdə olan ölkəyə çevrildi. Azəbaycan imkanlar ölkəsinə çevrilib və bu imkanlar ölkəsi statusunu biz hər zaman qoruyub saxlamalıyıq. Bunun üçünsə həmişə biznes mühitində həm mədəni, həm də sosial cəhətdən yeniliklər olmalıdır", - deyə o əlavə edib.

Digər xəbərlər