PDF Oxu

Sosial

  • 17

Ceyhun Osmanlı: “İnanmıram ki, bir insanın, internet terroristinin əlində ABŞ aciz qalsın”

Ceyhun Osmanlı: “İnanmıram ki, bir insanın, internet terroristinin əlində ABŞ aciz qalsın”
"Mən hesab ediərm ki, indi "Wikileaks"la bağlı həqiqəti söyləmək mümkün deyil. Bunu hələ təzə başlayan bir oyuna bənzədirəm. İndiki vəziyyətdə oyuna baxaraq müəyyən qənaətlər söyləmək mümkündür. Amma yenə də deyirəm ki, əsas oyun başa çatandan və dəqiq hesablar billinəndən sonra real nəticəyə baxaraq fikirlərimizi söyləyə bilərik". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Osmanlı "Wikileaks"lə bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, oyunun əvvəlinə baxdıqda ABŞ burada zərərçəkən tərəf kimi görünür və ilkin təzahür belədir. Onun sözlərinə görə, məlumatda deyilir ki, milyonlarla belə sənəd var, amma onların bir neçəsi açıqlanmır. Milyonlarla sənədin mövcudluğuna əmin olmadığını deyən millət vəkili vurğulayıb ki, regional baxımdan oyunun ilkin məqamına baxaraq burada daha çox maraqların təmin olunduğu qənaətinə gəlmək olar. "Amma belə bir böyük oyunu quran insanlar da bir çoxlarının gələcəyini proqnozlaşdırmaq qabiliyyətini özündə əks etdirmək qənaətinə malikdir. ABŞ ilkin olaraq zərərçəkən kimi görsənsə də sənədlər dərindən təhlil edildiyi zaman görürük ki, burada qlobal olaraq insanların bilmədiyi elə də ciddi bir şey deyilmir. ABŞ daxilində də müəyyən oyunlar gedir. İstisna oluna bilməz ki, bu indidən növbəti seçki proseslərinə bir qrupla o biri qrupun ziddiyyəti zəminində meydana gələn məsələlərdən biridir. Digər tərəfdən, xırda ziyanlarla olsa belə sonda Amerikanı gündəmə gətirəcək yeni bir layihə gündəmə gəlib. Bu layihə ABŞ-da iqtisadi mühitin olduğu dövrdə meydana gəlib, bütün diqqəti məsələlərdən yayındırıb və sırf böyük məsələyə yönləndirilib. Bunun özü də təsadüf hesab oluna bilməz. İnanmıram ki, bir insanın, internet terroristinin əlində ABŞ aciz qalsın. Bu məsələnin arxasında bir neçə adam durur və məsələyə hazırlaşılıb. Hətta istisna etmirəm ki, buradakı bəzi sənədlər həqiqət doğrudur. Ola bilər ki, bu bir layihədir və ilkin olaraq bir neçə rəsmi sənədlər açıqlanır. Bir tərəfdən də Qərb mətbuatında hansısa məsələnin dərc olunması təsadüf sayıla bilməz. Oyun hələ indi başlayıb, oyun gedir və növbəti açıqlanacaq sənədlər, onların vuracağı areallar, verəcəyi mesajlardan asılı olaraq oyunun sonuna doğru mənzərə meydana gələcək və son məqsəd məlum olacaq", - deyə o əlavə edib.

Digər xəbərlər